SON XƏBƏRLƏR

ِABŞ iranlıları və pakistanlıları SEPAH-a silah qaçaqmalçılığında ittiham edib

2024.08.09, 11:09
ِABŞ iranlıları və pakistanlıları SEPAH-a silah qaçaqmalçılığında ittiham edib

ABŞ 2 iranlı və bir pakistanlını SEPAH-ın kütləvi qırğın silahları proqramını dəstəkləməkdə və maddi cəhətdən təmin etmək üçün əlbir olmaqda ittiham edib.

Gunaz.tv

Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Avqustun 7-də açıqlanan bu alternativ ittiham aktına əsasən, İran vətəndaşları Şahab ​​və Yunis Mirkazehi adlı iki qardaş və Pakistan vətəndaşı Məhəmməd Pəhlvan ölkənin kütləvi qırğın silahlarının hazırlanması proqramlarının maliyyələşdirilməsində rol oynayıblar. 

İttiham aktında iddia edilir ki, bu proqramlar kütləvi qırğın silahları ilə naviqasiya və gəmiçiliyə qarşı zorakılıq hərəkətlərini və ölümə səbəb olan sui-qəsdləri əhatə edir.

Məhəmməd Pəhləvan həbsdə məhkəməni gözləəsə də, iranlı Şahab ​​və Yunis Mirkazehi qardaşları hələ də azadlıqdadırlar.

Məhkəmə sənədlərinə görə, Şahab ​​və Yunis Mirkazehi SEPAH işçiləridir, Məhəmməd Pəhləvan isə Şahab ​​Mirkazehiyə məxsus qaçaqmalçı gəminin kapitanı vəzifəsində çalışıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar