SON XƏBƏRLƏR

Britaniya və Almaniyanın baş nazirləri İrana xəbərdarlıq etdilər

2024.08.13, 10:28
Britaniya və Almaniyanın baş nazirləri İrana xəbərdarlıq etdilər

Böyük Britaniyanın baş naziri Keir Starmer İran Prezidenti Məsud Pezeşkiana İsrailə hücumla bağlı xəbərdarlıq edib.

Gunaz.tv

Baş nazir bu barədə Pezeşkianla telefon danışığında deyib.

O, İranın İsrailə hücum etməməli olduğunu və müharibənin heç kimin marağında olmadığını bildirib. 

Keir Starmer, Amerika və İsrailin yaxın günlərdə proqnozlaşdırdığı bu mümkün hücumda İranın səhv hesablama aparması və bunun nəticələri barədə Tehrana xəbərdarlıq edib.

Bununla yanaşı Almaniyanın kansleri Ulaf Şotlz da İran prezidenti ilə telefon danışığında onu Yaxın Şərqdə hərbi eskalasiyanın qarşısını almağa çağırıb. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar