SON XƏBƏRLƏR

HƏMAS lideri şəhid olmaq istəmir - Həyatına görə zəmanət istəyir

2024.08.23, 12:33
HƏMAS lideri şəhid olmaq istəmir - Həyatına görə zəmanət istəyir

7 oktyabr 2023-cü ildə İsrailə qarşı hücumun əsas müəllifi olan HƏMAS lideri Yəhya Sinvarın Qəzzada atşkəsin qurulması üçün əsas şərti açıqlanıb.

Gunaz.tv

Bu barədə "Vaynet" Misirin yüksək rütbəli məmuruna istinadən məlumat yayıb.

Məlumata görə, Sinvar, atəşkəs üçün ilkin şərtlərdən biri kimi sağ qalmasına zəmanət verilməsini istəyib.

"İsmayıl Haniyənin öldürülməsindən sonra Sinvər vasitəçilər vasitəsilə sağ qalacağı barədə zəmanət veriləcəyi təqdirdə Qəzzada atəşkəsin mümkün olduğunu bildirib",- məlumatda deyilir.

Qəzzada yeraltı tunellərdə gizləndiyi deyilən Sinvar bundan əvvəl İsraillə döyüşərkən ölməyin şərəf olduğunu iddia etmişdi.

CNN telekanalının məlumatına görə, Sinvar HƏMAS-ın yeni lideri kimi təqdim edildikdən sonra Qətər və Misir vasitəçilərindən müharibəni bitirmək üçün səy göstərmələrini xahiş edib.

Bu isə HƏMAS lideri Yəhya Sinvarın davamlı olaraq fələstinli gəncləri şəhid olmağa təhrik və təşviq eməsi ilə eyni vaxta təsadüf edir.

Qeyd edək ki, İsrail rəsmiləri dəfələrlə bildiriblər ki, HƏMAS liderləri gəzən ölülərdir və uyğun zamanda öldürüləcəklər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar