SON XƏBƏRLƏR

Ətraf mühit fəalı həbs cəzasına görə məhkəməyə çağırıldı

2024.10.17, 13:16
Ətraf mühit fəalı həbs cəzasına görə məhkəməyə çağırıldı

Tehranda yaşayan azərbaycanlı ətraf mühit fəalı Əfşin Nəziri həbs cəzasının icrası üçün məhkəməyə çağırılıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Tehran əyalətinin Pərdis şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 1 saylı şöbəsi Nəziriyə göndərdiyi elektron çaırış məktubunda, fəaldan oktyabrın 28-də cəzanın icrası üçün adı çəkilən şöbəyə getməsi istənilib.

Qeyd edək ki, ətraf mühit fəalı 27 avqust 2023-cü ildə həbs edilərək Tehranın Evin həbsxanasına köçürülmüş, 12 gün dindirildikdən sonra 800 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Əfşin Nəziri "hökumətə qarşı təbliğat", "rəhbəri təhqir etmək" və "ölkədə milli təhlükəsizliyə zərbə vurmaq istəyən qruplara üzv olmaq" ittihamlarına görə, 4 il 9 ay həbs cəzasına məhkum edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar