SON XƏBƏRLƏR

HƏMAS lideri Yəhya Sinvar öldürülüb- İsrail Müdafiə Qüvvələri təsdiqlədi

2024.10.17, 21:18
HƏMAS lideri Yəhya Sinvar öldürülüb- İsrail Müdafiə Qüvvələri təsdiqlədi

Fələstinin Qəzza zolağındakı HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar öldürülüb.

Gunaz.tv

Bu barədə İsrail Ordusu "X" hesabında paylaşım edib.

Bununla yanaşı bu barədə Dubaydan yayımlanan “Skay Nyus Arabia” da adı açıqlanmayan mənbəyə istinadən məlumat paylaşıb.

“Clash Report” isə özəl mənbələrə istinadla dünən baş verən insidentdə HƏMAS lideri Yəhya Sinvarın Mahmud Həmdan və İzzədin əl-Qəssam Briqadasının 3-cü komandiri ilə birlikdə öldürüldüyünü yazıb.

Onların cəsədləri hədəfə alınan binanın dağıntıları altından çıxarılıb.

Mənbələrin bildirdiyinə görə, HƏMAS-ın rəhbərliyinə dünən axşam saatlarında Sinvar, Həmdan və digər komandirin ölümləri barədə məlumat verilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar