SON XƏBƏRLƏR

HƏMAS Yəhya Sinvarın öldürüldüyünü etiraf etdi

2024.10.18, 16:04
HƏMAS Yəhya Sinvarın öldürüldüyünü etiraf etdi

Günaz.tv "CNN"-ə istinadən xəbər verir ki, HƏMAS-ın rəsmisi, Basem Naim, Yəhya Sinvarın öldürüldüyünü etiraf edib.

Gunaz.tv

HƏMAS-ın "rəsmisi", Basem Naim, açıqlaması zamanı Yəhya Sinvarın öldürülməsinə baxmayaraq terror qruplaşmasının sonda qalib gələcəyini iddia edib.

Basem Naim Sinvarın adını çəkməyərək səsləndirdiyi bəyanatda “fövqəladə liderləri itirməyin ağrılı və kədərli olduğu” bildirilib.

Basem Naim daha əvvəl Sinvarın adını hallandıraraq təxminən eyni bəyanat yaymışdı, lakin qısa müddət sonra bu bəyanat geri götürüldü. İkinci paylaşılan bəyanatda Sinvarın adı çıxarılıb. Naim iddia edib ki, HƏMAS əvvəlki liderlərin hər öldürülməsi ilə “daha ​​güclü və populyarlaşır”.

"Görünür, İsrail liderlərimizin öldürülməsinin bizim hərəkatımızın sonu olduğuna inanır", - Basem Naim ikinci dəfə paylaşılan bəyanatda bildirib. “Bəli, sevimli insanları, xüsusən də bizim kimi fövqəladə liderləri itirmək çox ağrılı və kədərlidir, amma əminik ki, sonda qalib gələcəyik; Bu, öz azadlıqları uğrunda mübarizə aparan bütün insanların nəticəsidir”.

Qeyd edək ki, Yəhya Sinvarın ölümü HƏMAS-ın başqa bir "rəsmisi" tərəfindən də təsdiqləndi. Xəlil Əl-Həyya paylaşdığı video bəyanatda Yəhya Sinvarın öldürüldüyünü etiraf etsə də, bəyanatda onun adını səsləndirmədi.

 

 

 

Şahin Elxanoğlu

GünazTV

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar