SON XƏBƏRLƏR

Azərbaycanlı məhbus fəala təzyiq göstərilir

2024.11.08, 14:39
Azərbaycanlı məhbus fəala təzyiq göstərilir

Tehranda yaşayan azərbaycanlı ətraf mühit fəalı və hazırda Dəmavənd həbsxanasında saxlanılan Əfşin Nəziri ağır cinayətlər törətmiş məhbuslarla eyni bölmədə saxlanılır.

Gunaz.tv

Bu barədə insna haqları fəalları məlumat yayıb.

Bildirilib ki, Nəziri barədə məhkumların cinayətlərinə görə təsnifatlandırılması qanunu icra edilməyib və onun cinayət törətmiş məhkumlarla eyni yerdə saxlanılmaı azərbaycanlı məhbusa qarşı təziq vasitəsidir.

Xatırladaq ki, Əfşin Nəziri oktyabrın 28-də Tehran əyalətinin Pərdis şəhəri məhkəməsinin Məhkəmə Qərarlarının İcrası Bölməsinə çağırılıb və saxlanılaraq Dəmavənd həbsxanasının təkadamlıq kamerasında saxlanılan azərbaycanlı fəal daha sonra ümumi bölməyə köçürülüb.

Qeyd edək ki, ətraf mühit fəalı 27 avqust 2023-cü ildə həbs edilərək Tehranın Evin həbsxanasına köçürülmüş, 12 gün dindirildikdən sonra 800 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Əfşin Nəziri "hökumətə qarşı təbliğat", "rəhbəri təhqir etmək" və "ölkədə milli təhlükəsizliyə zərbə vurmaq istəyən qruplara üzv olmaq" ittihamlarına görə, 4 il 9 ay həbs cəzasına məhkum edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar