SON XƏBƏRLƏR

İranda iki zəlzələ olub - Yaralananlar var

2024.11.14, 13:06
İranda iki zəlzələ olub - Yaralananlar var

Bu gün yerli vaxtla səhər saat 4:58-də İranın Sistan və Bəlucistan əyalətinin Nüsrətabad bölgəsində rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ olub.

Gunaz.tv

Bu barədə İran Seysmologiya Mərkəzi məlumat verib.

Bununla yanaşı yerli vaxtla səhər saat 5:25-də də Xorasan Rəzəvi əyalətinin Kəşmer bölgəsində rixter cədvəli üzrə 4,3 bal gücündə daha bir zəlzələ baş verib.

Kaşmər şəhərinin fərmandarlığının yaydığı məlumatda yeraltı təkan nəticəsində 11 nəfərin yaralandığı bildirilib.

Sistan və Bəlucistan əyalətində qeydə alınan zəlzələnin dağıntıları və insan itkiləri barədə hər hansı məlumat verilməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar