SON XƏBƏRLƏR

BAKIdə, Çin səfirliyi qarşısında keçirilən aksiyada Musavat partiyasının 5 üzvü saxlanılıb

2021.10.20, 07:36
BAKIdə, Çin səfirliyi qarşısında keçirilən aksiyada Musavat partiyasının 5 üzvü saxlanılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Müsavat Partiyasının bu gün Çinin Azərbaycandakı səfirliyi qarşısına təyin etdiyi aksiya qarşıdurma ilə nəticələnib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları aksiyaçılardan Müsavat Məclisinin katibi Tofiq Yaqublunu, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslını, təşkilatın üzvü Cavid Hacıbəylini, partiyanın Səbail rayon təşkilatının sədri Hüseyn Məlikovu və Demokrat Partiyası Gənclər Təşkilatının sədr müavini Cəmil Hacıyevi saxlayaraq 22-cı polis bölməsinə aparıblar. Aksiyada məqsəd Çində uyğurların öldürülməsinə etiraz bildirmək olub. Piket keçirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilsə də, aksiyaya icazə verilməyib. Bu səbəbdən polis müsavatçıların qarşısını Çin səfirliyinə çatmamış, Nizami küçəsi, 100 ünvanında alıb. Partiya fəalları qətnamənin səfirliyə çatdırılmasına çalışsalar da, polis buna imkan verməyib və qarşıdurma da bundan sonra yaranıb. Ərazidə mülki geyimli polis əməkdaşları da olub. Aksiyadan əvvəl Müsavat Partiyası Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı jurnalistlərə bildirib ki, piketin keçirilməsində yeganə məqsəd uyğur türklərinə qarşı olan soyqırım hadisəsinə etiraz etməkdir, onların Azərbaycan hakimiyyətinə heç bir etirazları yoxdur: “İnsanı millətinə, dininə görə öldürməzlər. Bütün türklər uyğurların müdafiəsinə qalxıb. Müsavat Partiyası Çində baş verən hadisələri pisləyir və bütün beynəlxalq təşkilatları bu soyqırımın, insan tələfatının qarşısını almağa çağırır”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar