SON XƏBƏRLƏR

Almaniyanın müdafiə naziri Kiyevə qəfil səfər edib

2025.01.14, 13:11
Almaniyanın müdafiə naziri Kiyevə qəfil səfər edib

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya dəstək vermək və ölkənin hərbi vəziyyətini qiymətləndirmək məqsədilə Kiyevə gözlənilmədən səfər edib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Almaniya KİV-ləri məlumat yayıb.

O, Ukraynaya hərbi yardımın davam etdirilməsi məsələlərini müzakirə edəcək. Pistoriusun səfəri Almaniyanın Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün daha çox dəstək verməyə hazır olduğunu göstərir.

Qeyd edək ki, dünən Almaniya Ukrayna tərəfinə ilk “RCH 155” tipli özüyeriyən artilleriya qurğusunu təhvil verib. B.Pistorius bildirib ki, bu, Ukraynanın Almaniyaya arxalana biləcəyinə işarədir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar