SON XƏBƏRLƏR

Yəməndən atılan raketlərin qəlpələri iki İsrail yaşayış məntəqəsinə düşüb

2025.01.18, 14:34
Yəməndən atılan raketlərin qəlpələri iki İsrail yaşayış məntəqəsinə düşüb

Bu səhər Yəməndən İsrailə doğru atılan raketlər səbəbilə qəlpə parçaları Qərbi Qüds yaxınlığındakı iki İsrail yaşayış məntəqəsinə düşüb.

Gunaz.tv

GünazTV HaberGlobal-a istinadən xəbər verir ki, İsrail polisindən verilən açıqlamaya görə, raketlərin havada məhv edilməzi zamanı qəlpələrin düşdüyü bölgələrdə toplama işlərinə başlanılıb.

İsrail ordusundan verilən açıqlamada Yəməndən atılan raketlər səbəbilə Təl-Əvivdə həyəcan siqnallarının işə salındığı bildirilib. Məlumatda qeyd olunub ki, raketlər havada zərərsizləşdirilib.

Kanal 12 televiziyası Ben Qurion hava limanının hücum səbəbilə qısa müddətə uçuş və eniş üçün bağlandığını bildirib.

İsrailin Fövqəladə Hallar xidmətindən verilən açıqlamaya görə, həyəcan siqnalları işə salındıqda sığınacaqlara qaçan zaman yaralanan israillilərdən başqa hadisə zamanı ölən və ya yaralanan olmayıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar