SON XƏBƏRLƏR

İran adlanan yerdəki hadisələr Azərbaycana necə təsir göstərəcək?

2021.10.20, 07:36
İran adlanan yerdəki hadisələr Azərbaycana necə təsir göstərəcək?

Gunaz.tv
Cəmil Həsənli: «İranda baş verənlərin təsirini müxtəlif formada görə bilərik» Zahid Oruc: «Prosenslər nəzarətdən çıxarsa, sərhəddin yaxınlığında ən müxtəlif səviyyədə qarşıdurmalar ola bilər» İranda keçirilən prezident seçkilərindən sonra bu ölkədə yaşanan siyasi gərginlik qarşıdurmalarla nəticələnib. Yüzə qədər insanın öldürülməsinə, mindən artıq etirazçının həbs edilməsinə baxmayaraq, əhali seçki saxtakarlığının aradan qaldırılması tələbində israrlıdır. Hakimiyyətin geri çəkilməməsi isə İranda vəziyyətin daha da pisləşəcəyini göstərir. Bəs görəsən, İranda baş verən hadisələrin bu və ya digər şəkildə region ölkələlər üçün təhlükəsi ola bilərmi? Konkret olaraq Azərbaycana necə təsir edəcək? Tarixçi alim, millət vəkili Cəmil Həsənli qəzetimizə açıqlamasında İranda baş verənlərin səbəbkarı kimi bu ölkənin rejimini günahlandırıb. Millət vəkilinin fikrincə, əgər İran rejimi dünyanın istəyinə uyğun olaraq, ədalətli seçki keçirsəydi, vəziyyət bu həddə gəlib çatmazdı. «Suala gəlincə, hesab edirəm ki, istənilən halda hər bir ölkədə baş verən daxili gərginliklərin qonşu ölkələr üçün yarada biləcəyi təhlükə var. Mən də hesab edirəm ki, İranda baş verən hadisələrin Azərbaycana təsiri ola bilər. Bu təsir isə müxtəlif formalarda baş verə bilər». Millət vəkili Zahid Oruc da hesab edir ki, İranda baş verənlərin bölgə üçün təhlükəsi var: «Fərz edək ki, hadisələr tamamilə nəzarətdən çıxarsa, bizim sərhədin bir addımlığında ən müxtəlif səviyyədə qarşıdurmalar ola bilər. İstənilən ölkənin xarici siyasət və milli təhlükəsizlik doktrinalarına baxsanız görəcəksiniz ki, həmin ölkə regionda sülhü, sabitliyi daha çox istəyir. Azərbaycan yerləşdiyi məkana görə o qədər də sabit bölgə sayılmır. Bir yandan da İrandaxili hadisələr gərgin müstəvidə cərəyan edəcəksə, bu müxtəlif proseslərə təsir göstərə bilər». Z.Oruc deyir ki, region dövləti olaraq Azərbaycan İrandakı vəziyyətin sabitləşməsində çox maraqlıdır: «Çünki İranda destabilizasiya regiondakı təhlükəsizliyə mənfi təsir göstərir. Biz İran hadisələrini diqqətlə izləməkdəyik. Çünki orada 30 milyona yaxın soydaşımız var və gələcək əlaqələrin qurulması, təhlükəsizlik fonlarımız real siyasi sistemin vəziyyətindən asılıdır. Ona görə də İrandakı hadisələrin müsbət bir müstəvidə inkişaf etməsində maraqlıyıq».

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar