SON XƏBƏRLƏR

Rus ordusu fərqli istiqamətdə hücuma keçdi - Sərhədi yarmağa çalışırlar

2025.03.20, 12:48
Rus ordusu fərqli istiqamətdə hücuma keçdi - Sərhədi yarmağa çalışırlar

Rusiya qoşunları Sumı vilayəti istiqamətində sərhədi yarmağa çalışırlar.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko məlumat verib.

Demçenkonun sözlərinə görə, Sumı vilayətinin Rusiya ilə sərhədinin uzunluğu 530 kilometrdən çoxdur.

“İndi əsas diqqət vilayətin Novenke və Juravka yaşayış məntəqələrindədir. Çünki düşmən bu ərazilərdə möhkəmlənmək üçün kiçik hücum qrupları şəklində ərazimizə soxulmağa çalışır”, - qurum rəsmisi bildirib.

Demçenko əlavə edib ki, ruslar Ukrayna ərazisində aktiv hərbi əməliyyatlar zonasını genişləndirmək istəyirlər, amma hələlik buna nail olmayıblar.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar