SON XƏBƏRLƏR

Qrossi: İranda nüvə obyektlərinə hücumlar davam etsə, radiasiya sızmaları baş verə bilər

2025.06.23, 11:10
Qrossi: İranda nüvə obyektlərinə hücumlar davam etsə, radiasiya sızmaları baş verə bilər

İran, İsrail və bütövlükdə Yaxın Şərq sülhə ehtiyac duyur.

Gunaz.tv

Günaz TV APA-ya sitinadən xəbər verir ki, bunu BAEA-nın baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasının iclasında videobağlantı vasitəsilə çıxış edərkən bildirib.

"Diplomatiya yolu hələ açıqdır. Biz danışıqlar masasına əyləşməli və BAEA müfəttişlərinin obyektlərdəki zərərin miqyasını qiymətləndirməsinə şərait yaratmalıyıq,” – deyə Qrossi vurğulayıb.

Onun sözlərinə görə, Amerikanın zərbələrindən sonra İsfahan, Fordo və Natanz obyektlərində dağıntılar qeydə alınıb, lakin bu obyektlərdən kənarda radiasiya səviyyəsində artım müşahidə olunmayıb.

Qrossi xəbərdarlıq edib ki, hərbi hücumlar davam edəcəyi təqdirdə radiasiya sızmaları baş verə bilər ki, bu da təkcə hücuma məruz qalan ölkə üçün deyil, onun hüdudlarından kənarda da ciddi nəticələrə səbəb olacaq və insanların həyatına birbaşa təhlükə yaradacaq.

BAEA rəhbərinin sözlərinə görə, agentlik hələlik Amerikanın Fordo obyektinə endirdiyi zərbənin dəqiq miqyasını müəyyənləşdirə bilmir.

“BAEA nüvə sahəsində ixtisaslaşmış müfəttişlərini dərhal İrana göndərməyə hazırdır,” – deyə Qrossi əlavə edib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar