SON XƏBƏRLƏR

Sunami Havay sahillərinə çatıb

2025.07.30, 12:14
Sunami Havay sahillərinə çatıb

Kamçatkada baş verən zəlzələdən sonra sunami Amerikanın Havay sahillərinə çatıb.

Gunaz.tv

Bu barədə fövqəladə hallar üzrə yerli xidmətlər məlumat yayıb.

Ştatdakı ticarət limanları bağlanıb. Amerikanın “Hawaiian Airlines” və “Alaska Airlines” aviaşirkətləri uçuşları dayandırıb.

Daha əvvəl ştatın paytaxtı Honolulunun yerləşdiyi Oahu adasının hakimiyyəti yerli sakinlərin sahil bölgələrindən təxliyə edilməsinə çağırıb. Amerika Sahil Mühafizəsi Kamçatkada güclü zəlzələdən sonra sunami təhlükəsi səbəbindən Havay ştatında bütün gəmilərə limanları tərk etməyi tapşırıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar