SON XƏBƏRLƏR

İranlı ziyarətçilər İraqa narkotik maddə aparır

2025.07.31, 10:39
İranlı ziyarətçilər İraqa narkotik maddə aparır

Ərbəin ziyarəti üçün İraqın Kərbəla şəhəinə gedən bir sıra vətəndaşlar özləri ilə narkotik maddələr apardıqlarına görə sərhədlərdə saxlanılırlar və bu bizim narahatlığımıza səbəb olur.

Gunaz.tv

Bunu Narkotiklərlə Mübarizə Polisinin rəisi İrəc Kakavənd deyib.

"Bunun qarşısını almaq üçün həmkarlarımız qabaqcıl texnika, təcrübəli qüvvələr və narkotik tapan itlərlə İraqla sərhəd keçid məntəqələrində yerləşdirilib və şübhəli şəxslər hərtərəfli yoxlanılacaq”,- o xəbərdarlıq edib.

Qeyd edək ki, bundan əvvəlki illərdə də hökumətin təşkil etdiyi ərbəin mərasimlərində İraq polisi yüzlərlə iranlını narkotik maddələrin qaçaqmalçılığına görə həbs edib.

İraq mediasının yazdığına görə, həbs olunanlar arasında SEPAH, "Bəsic" və İran hökumətinin başqa qurumlarının üzvləri də var.

SEPAH-a bağlı media isə aşkar olunan narkotiklərin, ziyarətə gedən narkotik maddə aludəçilərinin ziyarət günlərində əziyyət çəkməmələri üçün aparıldığını iddia edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar