Xatırladaq ki, Kürd terror qruplaşmalarına qoşulan və beynəlxalq axtarışda olan qaçaqmalçı Naci Şərifi Zindəşti İran İnqilabı Keşikçiləri Korpusu üçün həyata keçirdiyi bir neçə sui-qəsd və siyasi adam oğurluğuna görə Türkiyədə axtarışa verilib.
Bundan başqa, 2024-ci ilin yanvarında Amerika və Böyük Britaniya İran hökumətinin göstərişi ilə xaricdəki müxaliflərin öldürülməsini planlaşdıran Naci Şərifi Zindəşti şəbəkəsi ilə əlaqədə olduqları bildirilən 11 nəfəri sanksiyaya məruz qoyub.
Rejimin dəstəklədiyi bu şəxs Qərbi Azərbaycanda seçkilərin saxtalaşdırılmasında, bölgənin qaçaqmalçılıq yolu ilə qeyri-sabit hala salınmasında fəal rol oynayır. Ekspertlərin fikrincə rejim bu və bunun kimi şəxslərin və qruplaşmaların əli ilə Qərbi Azərbaycanı Türkiyə və Azərbaycan Cümhuriyyətləri ilə Güney Azərbaycan arasında bufer zona halına salmağa və Güney Azərbaycanda yaşayan kürdlər ilə türklər arasında etnik qarşıdurma yaratmağa çalışır.
C