SON XƏBƏRLƏR

Kərəc həbsxanasında məhbus öldürülüb

2025.10.22, 10:13
Kərəc həbsxanasında məhbus öldürülüb

Kərəc şəhərinin Qızılhisar həbsxanasında saxlanılan məhbus Həsən Səhrayi həyatını itirib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, vəziyyəti ağırlaşan məhbusun müalicəsi və müayinəsnə icazə verilməyib, bir neçə gündən sonra huşunu itirən Səhrayinin xəsətxanaya köçürülməsinə razılıq verilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Məhbusun yaxınları və kamera yoldaşları, ona tibbi xidmət göstərilmədiyi üçün məhbusun ölümünü həbsxana rəhbərliyinin qətli adlandırırlar.

İnsan haqları təşkilatlarının məlumatıa görə, ötən il İran həbsxanalarında ən azı 32 məhbus həlak olub.

Onlardan 5-i xəstəlikdən, 20-i intihar səbəbindən həyatını itirib, 7 məhbus isə öldürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar