SON XƏBƏRLƏR

Britaniyalı nümayəndə: İranı cəzalandırmaq üçün...

2025.10.29, 16:19
Britaniyalı nümayəndə: İranı cəzalandırmaq üçün...

İranı cəzalandırmaq üçün İran İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) qadağan etmək lazımdır.

Gunaz.tv

Bunu Britaniya parlamentinin mühafizəkar millət vəkili Ann Dunkan Smit və Leyborist millət vəkili Lord MkKabe deyib.

Onlar SEPAH-ın adının terror təşkilatları siyahısına salınmadığına görə, rəsmi Londonu tənqid ediblər.

Millət vəkilləri SEPAH-ın dünyada yəhudilərə qarşı əməliyyatlarını onun terrorçu siyahısına salınması üçün kifayət olduğunu bildiriblər.

Ann Dunkan, SEPAH-ın Britaniya küçələrində nifrət və zorakılığı qızışdırdığını deyib.

O, həmçinin Tehranın antisemitizm və yəhudilərin sadəcə yəhudi olduqları üçün öldürülməsi istiqamətindəki siyasətlərinə diqqət çəkib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar