SON XƏBƏRLƏR

İran İraqa raket hücumu edib?

2025.11.30, 13:33
İran İraqa raket hücumu edib?

Noyabrın 29-u gecə saatlarında İranın İraqın şimalına raket hücumu barədə qısa video və məlumatlar yayılıb.

Gunaz.tv

Məlumatlar sosial media şəbəkəsində paylaşılıb.

İddialara görə, raket hücumu İraqın şimalında yerləşən Ərbil şəhəri yaxınlığında İsrailə bağlı obyektə edilib.

İran və İraq mediası isə məlumatları təkzib edib, ər hansı raket hücumunun olmadığı bildirilib.

İranın "Mehr" xəbər agentliyi təkzib məlumatını "məlumatlı mənbələr"ə istinadən yayıb.

Ərəb dilli "Əl-məyadin"də İraqın şimalı muxtariyyəti, İran və İrağın rəsmi məlumatlarına istinadən raket hücumunun olmadığını bildirib.

Təkzib bəyanatlarının heç birində konkret mənbə göstərilməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar