SON XƏBƏRLƏR

Amerika səfiri: Türkiyə S-400-ləri ləğv etməyə doğru gedir

2025.12.05, 21:03
Amerika səfiri: Türkiyə S-400-ləri ləğv etməyə doğru gedir

Türkiyə Rusiyanın S-400 havadan müdafiə sistemlərini ləğv etməyə doğru gedir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Amerikanın Türkiyədəki səfiri Tom Barak bildirib.

O, növbəti 4-6 ay ərzində S-400-lərlə bağlı problemin həll ediləcəyini bildirib.

Amerika səfiri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin Baş naziri Benyamin Netanyahu arasında gərginliyə də toxunub. Diplomat bunun sadəcə ritorika olduğunu, iki ölkənin müəyyən müddətdən sonra dil tapacağını vurğulayıb.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 havadan müdafiə sistemləri aldığına görə, 2019-cu ildə Amerika tərəfindən F-35 qırıcıları ilə bağlı proqramdan xaric edilib. Bun proqramla bağlı Türkiyə Amerikaya F-35 qırıcıları üçün təxminən 1.4 milyard dollar vəsait ödəyib. Amerika bu vəsaiti hələ də Türkiyəyə qaytarmayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar