SON XƏBƏRLƏR

İran təhdidinin qarşısını almaq Səudiyyə Ərəbistanı və İsrailin ortaq marağıdır

2025.12.06, 12:53
İran təhdidinin qarşısını almaq Səudiyyə Ərəbistanı və İsrailin ortaq marağıdır

İran ilə qarşılaşmaq və onu məhdudlaşdırmaq ehtiyacı İsrail və Səudiyyə Ərəbistanının ən önəmli ortaq maraqlarından biridir.

Gunaz.tv

Bu “The Jerusalem Post” qəzetində dərc olunan məqalədə deyilir.

"Əgər Səudiyyə Ərəbistanı İsrailin müttəfiqi olarsa, İsrail İslam Respublikası kimi islamçı ekstremistlərə qarşı sıraya düzülmüş mötədil ölkələrin regional ittifaqının bir hissəsinə çevriləcək",- məqalədə bildirilib.

Bununla yanaşı qeyd olunub ki, ABŞ-ın F-35 qırıcı təyyarələrinin Səudiyyə Ərəbistanına satılması Ər-Riyad və Qüds arasında münasibətlərin normallaşdırılması istiqamətində mümkün ilk addımdır:

"İsrail mövcud vəziyyətdən daha yaxşı sülhün olacağını anlayaraq Səudiyyə Ərəbistanına qarşı ehtiyatlı yanaşma tətbiq etməlidir".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar