SON XƏBƏRLƏR

İsrailə qarşı istənilən hərəkətə sərt cavab veriləcək- Netaniyahu

2025.12.23, 11:19
İsrailə qarşı istənilən hərəkətə sərt cavab veriləcək- Netaniyahu

İsrail Baş naziri Benyamin Netaniyahu İranın son hərəkətlərinə toxunaraq, İsrailə qarşı hər hansı bir hərəkət olacağı təqdirdə Tehranı çox sərt cavabla hədələyib.

Gunaz.tv

Bu haqda "Times of Israel" məlumat yayıb.

Benyamin Netanyahu İsrailin İranın son təlimlərindən xəbərdar olduğunu və bu prosesləri yaxından izlədiyini açıqlayıb. O, İranın nüvə fəaliyyətinin ABŞ Prezidenti Donald Trampla qarşıdakı görüşündə müzakirə ediləcəyini bildirib.

İsrailin təhlükəsizlik hazırlığını vurğulayan Netanyahu, İranın istənilən təxribatçı hərəkətinin anındaca cavablandırılacağına təkid edib.

Qeyd edək ki, son vaxtlar İran hərbi təlimləri artırıb və yeni növ uzaq mənzilli raketləri nümayiş etdirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar