SON XƏBƏRLƏR

Qarabağ münaqişəsinin alternativ həll variantı

2021.10.20, 07:36
Qarabağ münaqişəsinin alternativ həll variantı

Gunaz.tv
Qarabağ münaqişəsinin alternativ həll variantı Hüquqşünas Adil Hacalıyevin konsepsiyasında bunlardan bəhs olunur Butovaz- "Qarabağ münaqişəsinin nizamlanması, Qafqaz və ətraf regionda sülh və təhlükəsizliyin təmin edilməsi konsepsiyası bütün mübahisəli məsələləri sülh yolu ilə həll etmək öhdəliklərini nəzərdə tutur". Bu barədə adıçəkilən konsepsiyanın müəllifi, Vəkillər Kollegiyasının üzvü Adil Hacalıyev dünən Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, İran, ATƏT və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa arasında imzalana biləcək Memorandum layihəsinin təqdimatında bildirib. Sənədə görə, Azərbaycan və Gürcüstan öz üzərinə NATO-ya daxil olmamaq, Ermənistan isə Memorandumun imzalanmasından sonra 2 il ərzində Rusiya hərbi bazasını öz ərazisindən çıxarmaq öhdəliyi götürür. Sənədi imzalayan bütün ölkələrin, o cümlədən Ermənistanın regionda həyata keçirilən transmilli layihələrə çıxışı təmin ediləcək. Planın əsas hissəsi Azərbaycan və Ermənistan arasında ikitərəfli sazişin imzalanmasından ibarətdir. Saziş birinci mərhələdə iki ölkə arasında sərhədlərin açılmasını, diplomatik münasibətlərin qurulmasını, bütün əlaqələrin bərpasını nəzərdə tutur. Ermənistan və de-fakto Dağlıq Qarabağ hakimiyyəti silahlı qüvvələrini Laçın istisna olmaqla, DQ-dən kənarda bütün işğal edilmiş rayonlardan çıxarır. Erməni qoşunları keçmiş DQMV-nin inzibati sərhədlərindən kənara çıxarılır. Azərbaycan azad edilmiş rayonlara yalnız polis, sərhəd xidmətçiləri və minalardan təmizləmə üzrə qüvvələr yerləşdirir. Keçmiş DQMV-nin inzibati sərhədi boyunca və Azərbaycan-Ermənistan sərhədinin şimal hissəsinə ATƏT-in (və ya BMT-nin) sülhməramlı qüvvələri yerləşdirilir. İkinci mərhələ Ermənistan və Azərbaycanın DQ ərazisi də daxil olmaqla, AASM şərtlərinə riayət etmək öhdəlikləri götürməsini, bundan sonra Ermənistan və DQ arasında Laçından yan keçməklə avtomobil yolunun tikintisini, Şuşa şəhərinin DQ inzibati-ərazi vahidliyindən çıxarılmasını və Laçınla birlikdə Azərbaycana qaytarılmasını nəzərdə tutur. Bu şəhərlər hərbsizləşdirilir və oraya ATƏT-in (və ya BMT-nin) sülhməramlı qüvvələri yerləşdirilir. Bütün erməni hərbi qüvvələri DQ-dən Ermənistana qaytarılır və DQ-yə ATƏT-in (və ya BMT-nin) sülhməramlı qüvvələri yeridilir. Azərbaycanda DQ ilə münasibətlərin tənzimlənməsi üçün xüsusi dövlət idarəsi yaradılır. DQ sakinləri bu vilayət ərazisində olan yerli idarəetmə, dövlət və qeyri-dövlət orqanlarında təmsil olunmaq hüququna malki olacaqlar. Ermənistan və Azərbaycan yalnız Dağlıq Qarabağda məskunlaşan əhaliyə şamil olunacaq "ikili vətəndaşlıq haqqında" saziş imzalayırlar. Yçüncü mərhələdə beynəlxalq sülhməramlı qüvvələrin DQ-dən çıxarılmasından sonra orada nəzarəti polis qüvvələri həyata keçirir. DQ-də hüquqi bazanı Azərbaycan qanunları təşkil edəcək. Lakin yerli xüsusiyyətlər nəzərə alınmaqla, Azərbaycanın qanunvericilik aktlarından fərqli qanunlar qəbul edilə bilər. DQ-nin yekun statusu haqqında məsələnin həlli üçün üç variant təklif edilir: 1. Dağlıq Qarabağ Azərbaycan Respublikasının inzibati-ərazi vahidi kimi qalmaqla, Dağlıq Qarabağın (Şuşa şəhəri istisna olmaqla) statusu gələcəkdə (2050-ci ildə) Azərbaycan Respublikasında keçiriləcək ümumrespublika referendumu əsasında müəyyən olunacaq. 2. Dağlıq Qarabağ (Şuşa şəhəri istisna olmaqla) azad iqtisadi zona elan edilməklə 2025-ci ilə qədər BMT-nin idarəçiliyinə verilir və bu dövr başa çatdıqdan sonra Azərbaycan Respublikasının tərkibində qalmaqla milli-mədəni muxtariyyət statusuna (və yaxud muxtar dövlət statusu alır) malik olur; 3. İkinci mərhələ başa çatdıqdan sonra Dağlıq Qarabağ azad iqtisadi zona kimi qalmaqla (və ya qalmamaqla), avtomatik olaraq Azərbaycan Respublikasının tərkibində muxtar dövlət statusu alır (Naxçıvan Muxtar Respublikası kimi). Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi üçün müəllif bu ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımasını, sərhədlərin açılmasını, diplomatik münasibətlər qurulmasını və Yerevanın Ankaraya qarşı "erməni soyqırımı"nın tanınması tələbindən imtina etməsini təklif edir. Nizamlanmanın ikinci mərhələsində Azərbaycan, Ermənistan, İran və Türkiyə arasında dördtərəfli sazişin predmeti 2050-ci ilədək Meğri dəhlizinin Azərbaycanın idarəçiliyinə verilməsi ola bilər. Bu, ölkələr arasında nəqliyyat, xüsusən dəmir yolu əlaqəsinin inkişafına şərait yarada bilər. Bundan başqa, Türkiyə-Azərbaycan, Türkiyə-Ermənistan və Türkiyə-Gürcüstan sərhədləri boyunca ərazinin azad beynəlxalq nəqliyyat-iqtisadi zona elan edilməsi təklif edilir. "Turan"

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar