SON XƏBƏRLƏR

Azərbaycan qadınları Türk xanımlarına müraciət ediblər

2021.10.20, 07:36
Azərbaycan qadınları Türk xanımlarına müraciət ediblər

Gunaz.tv
Azərbaycanda fəaliyyət göstərən qadın qeyri-hökumət təşkilatları Türkiyə qadınlarına müraciət edib. RİA-nın məlumatına görə, müraciətdə Azərbaycan xalqının erməni təcavüzünə qarşı mübarizədə daim qardaş Türkiyənin dəstəyinə güvəndiyi, türk xalqının mənəvi və əməli yardımından bəhrələndiyi vurğulanır. “Türkiyə hökuməti Ermənistanın əsassız iddialarına və Azərbaycan torpaqlarını işğal altında saxlamasına cavab olaraq, bu ölkə ilə diplomatik münasibət qurmaqdan imtina edib. Azərbaycan da Türkiyə Cümhuriyyətinin mənafelərini həmişə uca tutub, türk xalqına mənəvi dəstəyini əsirgəməyib. Türk birliyinin qüdrətindən çəkinən xarici qüvvələr daim Azərbaycan-Türkiyə münasibətlərində soyuqluq yaratmağa çalışırlar. Təəssüf ki, son vaxtlar bu məqsədlə Ermənistandan sui-istifadə olunaraq, bölgədə əməkdaşlığın inkişafı adı altında Azərbaycan və Türkiyənin mənafelərinə zidd proseslərə rəvac verilib. Biz Azərbaycan qadınları, Ermənistanla sərhədlərin açılması məsələsinə Türkiyə qadınlarının prinsipial mövqe tutaraq etirazlarını bildirməsini vacib hesab edir, sizləri bu məsələdə səsinizi ucaltmağa, qardaş ölkələrimizin birliyinə kölgə salan, bədxahlarımızın maraqlarına xidmət edən addımların qarşısının alınması istiqamətində səylərinizi artırmağa çağırırıq”, - deyə sənəddə bildirilir. Ria.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar