Politoloq Zaur Əliyev “Bu gün PKK Cənubda və Türkiyənin bu strateji ərazisində azərbaycanlıları sıxışıdırmaqda davam edirlər.”. MÜSAHİBƏ
2021.10.20, 07:36
Politoloq Zaur Əliyev “Bu gün PKK Cənubda və Türkiyənin bu strateji ərazisində azərbaycanlıları sıxışıdırmaqda davam edirlər.” Bu gün Türk dünyasında önəmli hadisələr baş verməkdədir. Xüsusi ilə bu yaxınlarda Türk dünyasının ortaq kanalı TRT-AVAZ ın açılması Türk birliyinin reallaşmasına doğru atılan addımlardan biridir. Ancaq buna baxmayaraq üzücü xəbərlərdə alırıq. Belə ki, son vaxtlar Türkiyə-Ermənistan arasında yaxınlaşmalar müşahidə olunmaqdadır. 1993 cü ildən Azərbaycanın torpaqlarını işgal etdiyinə görə buna cavab olaraq Türkiyə ermənistanla sərhədlərini bağlayaraq onunla iqtisadi siyasi əlaqələrini kəsmişdi. Həm bu haqda həmdə bu yaxınlarda Türkiyədə keçirilən bələdiyyə seçimlərində Azərbaycanlıların coxluq təşkil etdiyi İğdır şəhərinin DTP-nin nəzarəti altına keçməsi və Türkiyədə Azərbaycan diasporasının fəaliyyəti ilə bağlı suallarımızın cavabını almaq üçün Azərbaycanın diaspor üzrə tanınmış araşdırmaçılarında olan və bu haqda bir neçə kitabın, elmi məqalələrin müəllifi gənc politoloq Zaur Əliyeva müraciət etdik. Zaur bəy xoş gördük sizi və sizə ilk sualımız son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin yaxınlaşması ilə bağlıdır. Türkiyə ilə işğalçı ermənistan arasında görünməmiş yaxınlaşmalar müşahidə olunmaqdadır. Sizcə türkiyənin bu addımı ola bilərmi ki, bir dövlət olaraq Cənubi Qafqaz bölgəsində aktiv diplomatiya keçməsindənmi irəli gəlir? Türkiyə bizim ölkənin müstəqilliyini ilk tanıyan dövlət olmaqla bərabər, həmçinin ilk dövrlərdə bu müstəqilliyin beynəlxalq aləmdə təminatçısı kimi də çıxış edib. Digər tərəfdən, SSRİ dağılandan sonra Türkiyə türkdilli ölkələrin inteqrasiyası, Ankara başda olmaqla onların qlobal əhəmiyyətli məsələlərə münasibətdə vahid mövqedən çıxış etməsi üçün intensiv təşəbbüslər edirdi.Türkiyənin mərhum prezidenti Turqut Ozal bu xətti ölkənin xarici siyasət kursunun prioritet istiqamətlərindən biri kimi elan etmişdi. SSRİ dağılandan sonra Türkiyə Orta Asiya və Cənubi Qafqaza nüfuz edən ilk dövlətlərdən idi. Türkiyənin bu siyasətində Azərbaycan aparıcı yer tuturdu və Ankaranın əsas tərəfdaşı kimi çıxış edirdi. Mərhum prezident Əbülfəz Elçibəyin dönəmində bu tərəfdaşlıq daha geniş vüsət aldı və deyə bilərik ki, faktiki olaraq bir millət - iki dövlət düsturu həmin dövrdə tam mənasında bərqərar olmuşdu.Lakin münasibətlərin bu səviyyəsi uzun müddət davam edə bilmədi. Həm Türkiyədə baş verən siyasi dəyişikliklər, həmçinin Azərbaycanda hakimiyyətin əvəzlənməsi ölkələr arasındakı münasibətə təsirsiz ötüşmədi. Doğrudur, Heydər Əliyev və Süleyman Dəmirəl lider, qocaman siyasətçilər kimi bir-birlərini çox gözəl başa düşür və anlayır, dəstək verirdilər. Amma bu iki liderin "qardaşlıq" münasibətləri ölkələr arasındakı əlaqələri 90-cı illərin əvvəllərindəki səviyyəyə qaytara bilmədi. Türkiyə ilə Azərbaycanın münasibətlərində biznes və geosiyasi maraqlar önə çıxmağa başladı.Bakı və Ankara daha çox geosiyasi güclərin maraqlarından çıxış etməyə başladı. Nəticədə Türkiyə həm Orta Asiyada, həm də Cənubi Qafqazda əsas oyunçular sırasını tərk etməli oldu.Təsadüfi deyil ki, son 10 il ərzində Türkiyə Cənubi Qafqazda siyasi maraqlarının təkbaşına yeridilməsi baxımından daha o qədər də müstəqil təsir bağışlamır.Bir sıra siyasi müşahidəçilər hesab edirlər ki, Türkiyə ilə Azərbaycan arasında iqtisadi münasibətlərdə bir tarazlıq nəzərə çarpsa da, qardaş ölkənin ictimai mühitə təsir imkanları baxımından problemlər nəzərəçarpacaq dərəcədə artıb. Ölkə siyasi elitasında Türkiyə ilə münasibətlərə dair bir sıra fərqli fikirlər mövcuddur. Son zamanlar ciddi müzakirə obyekti olan Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi bu yaxınlarda ölkə başçısı Serj Sarkisyanın "Iki dövlət arasında sərhədlər mütləq açılacaq" bəyanatı ilə yenidən gündəmə gəlib. 1992-ci ildən Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı müharibəyə etiraz olaraq bu dövlətlə sərhədlərini bağlayan Türkiyə Avropa Birliyi, Birləşmiş Ştatlar və erməni diasporunun təzyiqlərinə baxmayaraq, mövqeyini dəyişmir. Lakin son vaxtların iqtisadi-siyasi prosesləri və Türkiyənin Avropaya inteqrasiyası yolunda ciddi maneə olan sərhədlərin açılması məsələsində rəsmi Ankaranın güzəştə getməsi ehtimal olunur. Erməni diasporunun və Ermənistanın sərhədləri açmaq istiqamətində apardıqları işi Türkiyədə dəstəkləyənlər də az deyil. Iş adamları və ictimai-siyasi xadimlərdən ibarət olan bu şəxslər XXI əsrin Ipək Yolu layihəsini Türkiyənin başına qonan "dövlət quşu" hesab edirlər. XXI əsrdə Türkiyənin Avropa və Asiyada reallaşdırılan enerji kəmərlərinə ev sahibliyi etməsini əsas götürən bu şəxslər Şərqlə Qərb arasında koridoru olmaq üçün Ermənistanla sərhədləri açılmasının "vacibliyini" vurğulayırlar. Hələ 1996-cı ilin 26 oktyabrında Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəllə ABŞ-ın dövlət katibinin müşaviri Stroub Telbotun görüşünü təşkil edən bu şəxslər Dəmirəlin Ermənistanla sərhədlərin açılmasına razılıq verməsinə nail olublar. Sonradan siyasi məqsədlərin önə çıxması iqtisadi maraqların kölgədə qalmasına gətirib çıxarıb. Türkiyənin Ermənistana yönəlik ticari münasibətinin 75 milyon dollarla ölçüldüyünü irəli sürən bu şəxslər sərhədlərin açılacağı təqdirdə məbləğin iki-üç qat artacağını iddia edirlər. Ermənistana İran və Gürcüstan vasitəsilə mal aparan türk iş adamları hər dəfə 3 min dollar itirdiklərindən şikayət edərək Qars – İrəvan, Qars, Gümrü və İğdırdakı “Alican” sərhəd qapısının təcili olaraq açılmasını tələb edirlər. Onlar sərhədlər açılandan sonra Türkiyənin turizm və ticarət sahəsində 1 milyard dollar gəlir götürəcəyini bildirirlər. Bununla Ermənistanın iqtisadi cəhətdən Türkiyədən müəyyən qədər asılı vəziyyətə düşməsini irəli sürən bu dairədə təmsil olunanlar eyni zamanda türk kapitalının gücünün erməniləri idarə etmək iqtidarına malik olacağını iddia edirlər. Bu iddialarla paralel olaraq siyasi xadimlərin bəziləri sərhədlər açılacağı təqdirdə bölgədə Rusiyanın nüfuzunun azalması məsələsinə toxunmaqla bu ilin yanvarında Türkiyə ilə yaxın bölgədə inşa edilən atom zavodunun neytrallaşdırılacağını bildirirlər. 2001-ci ilin mayında Rusiya-Ermənistanla birgə hava təlimlərinin Türkiyə sərhədləri yaxınlığında aparılması və bölgədə S-300 V tipli uzaqvuran ballistik paketlərin yerləşdirilməsini əsas kimi göstərənlərin fikrincə, Ermənistanla sərhədləri açmaqla Türkiyə gələcək "təhlükədən" yaxa qurtara bilər. Onlar Türkiyənin Avropa Birliyinə üzvlüyünə Ermənistanla sərhədlər məsələsinin maneə olduğunu bildirməklə, birliyə inteqrasiya istiqamətində onlara qarşı olan dövlətlərin güzəştə getməməsinin başlıca səbəbini bunda görürlər. Xatırladaq ki, Türkiyənin Avropa ailəsinə qəbul edilməsinə qarşı çıxış edən ermənipərəst Fransa bəhanə kimi Türkiyənin başqa mədəniyyətə, başqa yaşam tərzinə və başqa inanca malik olmasını göstərir. Nüfuzlu "Washington Times" qəzetinə müsahibə verən Fransanın keçmiş prezidenti Valeri Jiskar Destyenə görə, Türkiyənin Ermənistanla sərhədləri açması onun Avropa Birliyinə üzvlüyü məsələsində Fransanın mövqeyinin yumşaldılması üçün əlverişli addım ola bilər. Məhz 2001-ci ildə Ermənistanla-Türkiyə arasında münasibətlərin tənzimlənməsi üçün təsis edilən işçi qrupunun maliyyələşməsini həyata keçirən bir sıra iş adamları və ictimai-siyasi xadimlər ABŞ-ın son zamanlar Türkiyəyə soyuq münasibətinin aradan götürülməsi üçün sərhədlər məsələsində Ermənistana güzəştə getmək barədə Ərdoğan hökumətinə məsləhətlər verirlər. Türkiyənin "Posta" qəzetinin yaydığı məlumata görə, ABŞ Konqresinin Ağ Evə göndərdiyi məxfi sənəddə Türkiyə ilə münasibətlərin normallaşdırılmasının Ermənistanla sərhədlərin açılacağı təqdirdə mümkünlüyü qeyd olunub. Vaşinqtonda bu sənədin icrası üçün atılan addımlar son günlərin prosesləri ilə müşahidə olunur. Ermənistan və Türkiyə KIV-ində yayılan informasiyalara görə, Birləşmiş Ştatlarda erməni diasporu ilə danışıqlara başlayan türkiyəli nümayəndələr sərhədlərin açılması məsələsini müzakirə edirlər. Verilən məlumatlara əsasən, Vaşinqtonun təzyiqlə Türkiyə və Ermənistan prezidentləri Qars-Gümrü sərhəd qapısının tezliklə açılması barədə razılığa gəliblər. Düzdür, Ankarada Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri ilə görüşdən sonra yayılan məlumatları təkzib edən A.Gül sərhədlərin açılmayacağını bildirib. Ərdoğan da çıxışında sərhdələrin açılmayacağını bəyan edib. Lakin Türkiyə qəzetlərinin Gülün açıqlamasının inandırıcı olmadığı amilini yazmaqla Birləşmiş Ştatların sərhədlərin açılmasında Ankaraya təzyiq göstərdiyini bildirir. Verilən məlumatlara görə, Ağ Evin yeni başçısı Barak Obama Türkiyə səfərində bu ölkənin beynəlxalq aləmdə nüfuzunun artması üçün Ermənistanla sərhədlərin açılmasının mühüm əhəmiyyət daşıması barədə fikir bildirməklə dünya ictimaiyyətinin Ankaranın bu addımının razılıqla qarşılayacağı barədə Ərdoğan hökumətini "inandırıb". Bəzi məlumatlarla isə Vaşinqton Ermənistanla sərhədləri açdıqdan sonra Türkiyənin Iraqda olan tələblərinin ödənilməsinə dair razılıq verməklə ABŞ-Türkiyə münasibətlərində buzun əriməsi prosesinin başlayacağına eyham vurub. Türkiyənin iqtisadi maraqlarının böyük həcmdə doğrulacağı məsələsini önə çıxaran Vaşinqton Avropa Birliyi məsələsində Türkiyəni dəstəkləyəcəyi barədə açıqlama da verib. Türkiyənin iqtisadi maraqlarının önəmli olduğunu vurğulayan bəzi iş adamları artıq Tbilisidən Irəvana türk ofislərinin köçürülməsinin vaxtı olduğunu iddia edirlər. Bu məsələ ətrafında analitiklər və politoloqlar arasında yekdil fikir olmaması dərc olunan fikirlərdə özünü büruzə verir. Bir qrup politoloq fikirləşir ki, Türkiyə və Ermənistan arasında olan sərhədlər problemi yaxın zamanlarda sərhədlərin açılması ilə çözüləcək. "Türkiyənin öz maraqları var" - deyən bu politoloqlar bunun üçün Azərbaycan amilinin daha mühüm rol oynamadığını bildirirlər. "Ankara-Irəvan arasında danışıqlar sərhədlərin açılacağını labüd edir" - şəklində düşünən politoloqlar Türkiyənin iqtisadi maraqlar üzərində siyasət yeritdiyini göstərməklə, eyni zamanda siyasi maraqların qorunmasını da qeyd edirlər. Digər bir qrup analitik hesab edir ki, son vaxtlar daha ciddi gündəmə gələn sərhədlər məsələsi Vaşinqton və Ankaranın Qarabağ, İran və digər məsələlərdə Azərbaycana təzyiq vasitəsindən başqa bir şey deyil. Onlar son günlər ABŞ-Azərbaycan və Türkiyə-Azərbaycan münasibətlərində olan soyuqluğun aradan qaldırılmasına xidmət edən sərhədlər məsələsinin Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etməsi və Rusiyaya meylin artması təqdirində artıq vasitə deyil, real işə çevriləcəyini proqnozlaşdırırlar. Başqa bir qrup analitik bildirir ki, Türkiyə yalnız Ermənistana irəli sürdüyü konkret şərtlər ödənildikdən - "soyqırım" iddiasından əl çəkərək, işğal altında olan Azərbaycan torpaqlarını azad edilməsindən sonra sərhədləri açacaq. "Türkiyə heç bir zaman Azərbaycana xəyanət etməz" - qənaətinə gələn bu politoloqlar iki dövlət arasında münasibətlərin daha önəmli olmasını qeyd edirlər. Lakin reallıq nədir. 2002-ci ildə hakimiyyətə gələn Ədalət və İnkişaf Partiyası (AKP) islam dəyərlərinə əsaslanmaqla bərabər Avropa Birliyi ölkələri, həmçinin ABŞ üçün məqbul intonasiya və tonda siyasi kurs aparır, Avropa Birliyinə qoşulmaq xəttinə bağlılıq, insan haqları və özəlləşdirmədə liberallıq nümayiş etdirir. Həmin kurs eyni zamanda iqtisadiyyatda dövlətin payını azaltma və etatizm kimi səciyyələndirilən dövlət idarəetməsinin mərkəzləşmə prinsiplərindən tədricən imtina ilə müşayiət olunur. AKP-nin bu xətti nəticəsində Türkiyə dövlət sistemində əsas götürülən unitarlıq və dünyəvilik prinsipləri dövlətin mülki hakimiyyətin nəzarətinə keçirilməsi siyasəti nəticəsində arxa plana keçir. Sonuncu məqam dövlət idarə edilməsində ordunun rolunun və çəkisinin azaldılması, cəmiyyətdəki ordu kultunun zədələnməsi yönündə planlı və məqsədyönlü tədbirlərin həyata keçirilməsi ilə xarakterizə olunur. Azərbaycanla əlaqələrin itirilməsi Ərdoğan hökumətinə hansı itkilərlə başa gələcəyi göz qabağındadır. Bu münasibətlərin pozulması iki ölkənin qardaş xalqlarına zərər vuracaq və bu da etnik Ərdoğan hökumətinin başlıca məqsədidir. Ərdoğanın Türkiyənin qaza olan tələbatını ödəmək üçün Bakı-Tbilisi-Ərzurum xətti ilə qaz ixracını artırmaqla bağlı Azərbaycan prezidenti İlham Əliyevlə Naxçıvan razılaşmasına ölkəmizdə yenidən baxıla bilər. NABUCCO layihəsinə, BTC anlaşmasına, Türkiyə-Azərbaycan iqtisadi münasibətlərinə yenidən baxılması Türkiyə siyasilərinə heç də yaxşı nəticələr vəd vermir. Türkiyənin Azərbaycanın Xəzərin karbohidrogen ehtiyatlarının istismarı və nəqlindəki mühüm rolunun minimuma yendirilməsi onun çox itkiyə məruz qalmasına səbəb ola bilər. Bu gün AKP hökuməti Qarabağı qeyd şərtsiz ermənilərə güzəştə gedir və bunun ardınca erməni avantürasının yeni oyunu olan Naxçıvanın da erməni “torpağı” kimi tanımayacağına qarantiya kim verə bilər. Qeyd edək ki, Ermənilər bu gün də Naxçıvanı Ermənistanla birləşdirməyi əməli vəzifə kimi qarşıya qoyub geniş kompaniya başladıblar. Ermənistan 1921-ci ildə Rusiya və Türkiyə arasında imzalanmış müqavilələrin ləğv edilməsini tələb edir. 16 mart 2004-cü ildə (Ermənistan Yazıçılar İttifaqı) EYİ binasında keçirilən və Moskva müqaviləsinin 83-cü ildönümünə həsr olunmuş konfransda edilən çıxışlarda bildirilib ki, Ermənistan üçün ədalətsiz olan, 1921-ci ildə Sovet Rusiyası ilə Türkiyə arasında imzalanan Moskva müqaviləsinin ləğv edilməsi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesini sürətləndirə bilər. Bu müqavilə nəticəsində qədim erməni torpaqları Qars, Ərdəhan, Bitlis və başqa ərazilər Türkiyəyə, Naxçıvan isə Azərbaycana verilib: itirilən torpaqların ümumi sahəsi 80 min km2 olub. Mümkün olduğu qədər Naxçıvanın geri qaytarılmasına çalışmalıyıq. Daha sonra Ermənistan parlamenti Rusiyanın Dövlət Duması, Türkiyənin Böyük Millət Məclisi və BMT-yə müraciət imzalayıb. Müraciətdə Naxçıvanın əzəli və qədim erməni torpağı olduğu bildirilmiş, “Naxçıvan problemi” həll edilməyincə Dağlıq Qarabağ münaqişəsinin də bir nəticə verməyəcəyi vurğulanmışdır.Demək 24 aprel danışıqlarına Qarabağı qurban verən AKP hökuməti ardınca Naxçıvanı verməyi planlaşdırır, təki Avropa Birliyinə üzv olsun!!!!Fikrimizi əsaslandırmaq üçün bir faktı söyləmək məncə kifayət edər "Türkiyə-Ermənistan sərhədinin bağlanmasında əsas səbəblərdən biri olan Qarabağ münaqişəsi bu məsələdə aktuallığını itirməkdədir." Bu Yerevanda "Avrasiya" Fondu və Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzi tərəfindən təşkil olunmuş "Ermənistan-Türkiyə: avrointeqrasiya işığında" mövzusunda keçirilən konfransda türkiyəli politoloq Ziba Nigar Göksal söylədiyi fikirlərdir. AKP hökuməti hazırda çox böyük siyasi səhvlərə imza atır. Bu baxımdan Türkiyə siyasi elitası yalnız Azərbaycandan təşəbbüslər gözləməməli və bu istiqamətdə fəal olmalıdır. Hətta yeri gəlsə, Azərbaycanın da bu məsələdə yükünü çəkməlidir. Türkiyə bu missiyasını unutsa, laqeyd qalsa, Ankara bölgədə daha da zəifləyəcək. AKP hökuməti unutmasın ki, ATATÜRKÜN qurduğu TÜRKİYƏ heç bir zaman onların oyununa gəlməyəcək. Amma Türkiyənin prezidenti Abdulla Gül və Baş Naziri Rəcəb Təyyub Ərdəğon kütləvi informasiya vasitələrinə verdikləri açıqlamalarda Dağlıq Qarabağ məsələsi həll olunmamış sərhədlərin açılmasından söhbət gedə bilməz açıqlamasını verdilər. Amma türkiyə mediasının yazdığına görə sərhədlər açılacaq. Tarixdə verilib 16 aprel Bildiyinizimi kimi Türkiyədə 29 mart 2009 cu il tarixində bələdiyyə seçimləri keçirildi. Bu seçimlərin bizlər üçündə əhəmiyyəti var idi. Xüsusi ilə Azərbaycan türklərinin böyük nüfuza malik olduğu İğdır şəhəri kürdlərin partiyası olan Demokratik Toplum Partiyasının namizədinin qələbə çalması ilə nəticələndi. Necə düşünürsünüz bu faktor gələcəkdə bölgədə PKK faktorunun artmasına səbəb ol bilərmi. Artıq Türkiyənin Baş Nazirinin sözcüsü Cəmil Çiçək bu haqda narahatçılığını bildirib? Bu gün İğdırın Azərbaycan üçün strateji əhəmiyyət daşıdığını bundan başqa Azərbaycan və Türkiyəni birləşdirən quru yol olduğunu bilirik. İğdır təkcə sərhəd şəhəri yox həm də türk dünyasının ən önəmli şəhərlərindən biridir. İğdır illərdən bəridir Azərbaycan Türklərinin çoxluqla yaşadığı bir şəhərdi. Iğdır Şəhərinin %75-i Azərbaycan Türkləri, 24%-i İrandan gəlmə kürdlər, qalan 1%-i isə dövlətin təyin etdiyi başqa millətlərdən ibarətdir. DTP-nin namizədi Mehmet Nuri Günəş 39,6% və yaxud 12.941 səslə qalib gəlib. Əvvəlki bələdiyyə sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, azərbaycanlı Nurəddin Aras 30,5% (9.975), Milliyyətçi Hərəkat Partiyasının (MHP) namizədi, azərbaycanlı Əli Əkbər Yaşıl isə 27,1% (8.845) səs toplayıblar. Fikir verin hətta ermənilərlə sərhəd açılması tərəfdarı olan Nurəddin Arasa belə AKP hökuməti etibar etmədi. Demək məqsəd birdir zamanla bölgədə PKK-nın fəallığı artırmaq. PKK terror təşkilatı mənsubları AKP-nin kürd namizədlərini tehdit edib onların AKP-dən namizəd olmasına mane oldular. Bunda da Kürd səslərinin bölünməsinə mane yaratmaq üçün etdilər. Kürdlər indi AKP-dən namizəd olmadılar və bir tək DTP-dən namizəd oldular. Bu gün PKK Cənubda və Türkiyənin bu strateji ərazisində azərbaycanlıları sıxışıdırmaqda davam edirlər. Bu siyasətin yeridilməsi isə bizim soydaşlarımızın keçən il Londonda keçirilən Cənubi Azərbaycan məsələsində kürdlərlə birgə İranda hakimiyyətin dəyişəcəyi təqdirdə hakmiyyətdə birgə təmsil olunmasına etirazı ilə bağlıdır. Amma iqdırlılar deyirlər ki, bu, AKP-nin kürdlərlə anlaşmalı şəkildə yürütdüyü siyasətdir. İqdır sakinlərinin anlatdıqlarına görə, bir müddət əvvəl AKP-nin İqdır millət vəkili Əli Günərin evində iki PKK-çı öldürülüb. PKK-çıları kimin öldürdüyü məlum deyil, amma o olaydan sonra AKP-lilərlə DTP-lilər arasında qan davası başlayıb. Bu seçkilərdə isə DTP-lilər AKP qarşısında şərt qoyublar: “Qan davasına son vermək istəyirsinizsə, bir azərbaycanlını namizəd göstərin”. Anlaşmanın məqsədi İqdırda 2007-ci il seçkilərində olduğu kimi, azərbaycanlıların səslərini parçalamaqla türkləri hakimiyyətin bütün qollarından məhrum etməkdi. AKP-lilər şərti qəbul ediblər və nəticəsin də gördünüz. Ünsiyyətdə olduğum İğdırdakı azərbaycanlılar da bu seçkilərin nəticələrini həzm edə bilmirlər. İğdırın yeni bələdiyyə başqanı Mehmet Nuri Günəş Ermenipərəst olduğu hamıya bəllidir və onun hətta PKK-nın xətti ilə işğal altında olan ətrazilərdə təlim keçən kürd terrorçuları ilə tez tez görüşmək məqsədilə Kəlbəcər, Laçın, Cəbrayıl rayonlarında olmasını qeyd etmək olar. Bu onu göstərir ki, AKP hökuməti Ermənistanla sərhədlər məsələsində azərbaycanlılarlı neytrallaşdırmağa çalışır və bunu da PKK-nın əli ilə edir. Qorxulusu budur ki, biz yaxın günlərdə Qars biabırçılığının İğdırda olması ehtimalı var və əhalinin 75% təşkil edən ərazidə uydurma erməni soyqrımına heykəl ucaldılsın. O millətin ki,. 1918-ci ilin avqustunda İgdir və Eçmiədzin qəzalarında azərbaycanlıların qırğını erməni Dronun rəhbərliyi altında həyata keçirilirdi. Onun göstərişi ilə bu regionda azərbaycanlıların 60-dan çox kəndi dağıdılmış, yandırılmış, əhalisinə qarşı ən sərt tədbirlər görülmüşdü. Bu isə artıq bütün səbrin daşmasıdır və sonra baş verənlərə cavabdeh birbaşa Ərdoğan hökuməti olacaqdır.!! Sizə Türkiyədə fəaliyyət göstərən Azərbaycan diasporası ilə bağlı sual vermək istərdim. Siz Azərbaycanın ən güclü diaspor üzrə güclü nəzəriyyəçilərindən sayılırsınız. Keçən ay İzmir şəhərində olarkən orada yaşayan Azərbayan türklərində bir mütəşəkkilik var idi. Azərbaycan Kültür Mərkəzinin və Dünya Azərbaycanlıları Konqersi Türkiyə Təmsilciliyinin təşkilatçılığı və dəstəyi ilə möhtəşəm Norvuz Festivalı keçirildi. Bunun ardınca İzmir şəhərində Dünya Azərbaycanlıları Konqresi Türkiyə Təmsilciliyinin başlatdığı və Azərbaycan Kültür Mərkəzinin dəstəyi ilə Türkiyə-Ermənistan sərhədləri açılmasın deyə internet kompaniyasına start verildi. http://www.turkiye-ermenistan-kapilar-acilmasin.org/liste.php. Artıq imzalayanların sayı dörd mini keçməkdədir. Necə düşünürsünüz bu artıq diaspor hərəkat tarixində sözçülükdən qurutulub praktiki əməlin əsasın qoyulduğunu göstərmirmi? Tarixi hadisələr səbəbilə əsrlər öncə Şimali Azərbaycanın müxtəlif bölgələrindən - Naxçıvandan, Zəngəzurdan, Gəncədən, Qarabağdan soydaşlarımız qardaş ölkəyə mühacirət etmiş və burada məskunlaşaraq təbii-bioloji yolla artmışlar. Bu səbəbdən də Azərbaycan diasporunun üçüncü qanadı Türkiyəli azərbaycanlıları təşkil edir. Əsasən İğdır vilayətində məskunlaşan soydaşlarımız digər Türkiyə şəhərlərində və bölgələrində yaşayırlar. Ancaq İğdır azərbaycanlıları yaşadıqları ən sıx bölgədir. Buna görə də İğdırdan olan azərbaycanlılar diasporumuzun türkiyəli azərbayanlılar qanadının əsas nümayəndələridir. Türkiyəli azərbaycanlıları Avropa ölkələrində çoxluq təşkil edir. Hazırda Almaniya, Belçika, Danimarka, Hollandiya, İsveç, Finlandiya, Norveç, İngiltərədə Türkiyəli azərbaycanlılar çox sayda məskunlaşıblar. Onların bu ölkələrə köçməsi 1950-ci illərdən başlayaraq, Türkiyədən Avropaya kütləvi mühacirətindən başlayır, Türkiyə vətəndaşları, Şimali azərbaycanlılar da sosial-iqtisadi səbəbin mühacirət prosesinə qoşulublar. Bu gün Azərbaycan diasporunun Türkiyəli qanadının əsas simaları da İğdırdan olan soydaşlarımızdır. Hollandiya, Belçika, Almaniya və digər Avropa ölkələrində İğdırlı azərbaycanlılar öz maddi və mənəvi güclərinə görə öndə olan qüvvələrdən sayılırlar. Azərbaycanı Türkiyədən az sevməyən soydaşlarımız milli məsələdə cənub və şimal qanadından daha fəaldır desək bəlkə də yanılmarıq. İğdırlı soydaşlarımız dindar, Ulu Tanrının kəramətinə inanan insanlardır. Bu səbəbdən də onların çoxu hacı, məşədi, kərbalayidirlər. Vətənə nostalji hisslərlə bağlı olan iğdırlı soydaşlarımız ailədə, övladlarının milli ruhda böyüdülməsi, milli dəyərlərə münasibəti, azərbaycan dili, mətbəxi, musiqisi, ədəbiyyatı və folkloru məsələlərində mühafizəkardılar. Bununla paralel olaraq onlarda türkiyəçilik faktoru, türkçülük ideologiyası hələ də aparıcı yerdədir. Milli məsələrdə İğdır azərbaycanlıları daha aktiv və qətiyyətli addımları atır, sitalı kütləsi getdikcə formalaşır, Azərbaycan bayrağını sevir və öz soy kökləri ilə fəxr edirlər. Sözçülükdən qurutulub praktiki əmələ keçilməsi ilə bağlı olaraq qeyd etmək istərdim ki, dostumuz Asif Qurbanov tərəfindən başladılan bu kompaniya Türkiyə, Azərbaycan ilə yanaşı dünyanın bütün ölkələrində yaşayan soydaşlarımızın bir araya gəlməsinə az da olsa təkan verdi. Fikir verin səsvermədə iştirak edənlərn çox hissəsi Azərbaycanlılardır və bu da artıq “Məşhər Günü” gəldiyini dərk edirlər. Bu kopmaniya zamanla soydaşlarımızın birgə etiraz aksiyalarına, lobbiçilik etməsinə təkan verəcək və tarixin yeni səhifəsini həmrəy olan soydaşlarımızın adı ilə bağlı olacaq. Bundan sonra hansı addımlar atılmalıdır ki,diasporamız daha da güclü olsun və azərbaycanı,xalqımızı laiqincə təmsil edən lobbimiz formalaşsın? Azərbaycan yeni müstəqillik qazanmış və erməni kimi problemi olan bir dövlətdir. Ona görə də xaricdə diasporun olması çox vacibdir. Diaspor bir millətin (dövlətin) hər hansı bir xarici ölkədəki mühacirlərinin təşkilatlanmış formasıdır. Diasporun əsas vəzifəsi hər hansı xalqın mədəniyyətinin, müxtəlif sahədəki uğurlarını, həyat tərzini yaymaq, onun lehinə təbliğat aparmaq, mövcud olduğu ölkənin ictimaiyyətində müsbət fikir oyatmaq və həmin ölkə ilə öz ölkəsi arasında münasibətləri yaxşılaşdırmağa çalışmaqdır. Diaspor Azərbaycana nə üçün lazımdır? Azərbaycanın dünyada öz mövqeyini möhkəmləndirməsinə ehtiyacı var. Azərbaycanı dünyada hərtərəfli tanıtmaqda dövlətlə yanaşı disporun da rolu olmalıdır. Ermənilərin əsassız iddialarının yalan olmasını dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycan diasporu güclü olmalıdır Lobbi Qərb sisteminin ən mühüm institutlarından olub, qanunların və digər dövlət əhəmiyyətli qərarların qəbul edilməsi məqsədilə qanun çərçivəsində hüquqi fəaliyyətdir. Bu cür fəaliyyət hər bir dövlətin xarici siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan lobbisinin fəaliyyətinə gəldikdə bu mexanizmə qoşulmaq və güclü olmaq eyni zamanda diasporlarımızın həyatında zəruri bir məqam olmalıdır və bu məsələ dövlət –diaspor əməkdaşlıq səviyyəsində həyata keçirilməlidir. Bu gün təssüf ki, diaspor təşkilatlarımızın lobbiçilik strategiyası yox dərəcəsindədir. Təşkilatlarımız lobbi işinin qurulması, təyziq və maraq qruplarının formalaşadırılması kimi anlayışlardan uzaqdadılar. Lobbiçiliyi sadəcə şəxsi dostlar və tanışlar kimi qəbul edib kor-korənə lobbiçiliyin isə Azərbaycan üçün sadəcə yaxçı heç nə vəd etmir. Lobbiçilik üçmütləq düşünülmüş strateji addımlardan ibarət olan konsepsiya olmalıdır. Bu proqram tipli sənəd GZİT (SWOT) təhlili edilməlidir. Güclü və Zəif tərəflər əvvəlcədən müəyyən edilməli, İmkan və Təhlükələr planlaşdırılmalıdır. Konsepsiyada hər bir ölkə vətəndaşlarının psixologiyası da ilk olaraq nəzərə alınmalıdır. Diaspor – lobbi fəaliyyəti haqqında dövlət siyasətini müəyyən edən bir proqram, fəaliyyət planı yaradılmalıdır Respublikada sırf diaspor quruculuğu ilə xaricdə yaşayan Azərbaycan icmalarının təşkilatlanması və respublikadan bir mərkəzdən idarə olunması ilə məşğul olan və yalnız ölkə başçısına hesabat verən yüksək statuslu strateji mərkəz yaradılması dövlət maraqlarımıza tam şəkildə cavab verər, bu işdə pərakəndəliyə, dövlətçiliyimizin xaricdəki imicinə ciddi zərbə vuran əməllərə son qoyardı. Bu orqanın həm daxildə, həm də xarici ölkələrin birində bank hesabı olmalıdır. Diasporla iş üzrə Dövlət Komitəsinin fəaliyyəti isə Diaspor Araşdırmalar Mərkəzinin analizləri əsasında aparılmalıdır. Diaspor Araşdırmalar Mərkəzi bu sahədə fəaliyyət göstərən elmi, analitik informasiya mərkəzi yaratmaq, həm də xaricdən bu və ya digər hadisə ilə əlaqədar Azərbaycan dövləti və diaspor adından müəyyən aksiyalar keçirmək mümkün olardı. Mərkəz bu sahə üçün gərəkli olan hüquqi sənədlərin hazırlanmasını və prezident adından milli məclisə qanunvericilik təşəbbüsü ilə çıxarılıb qəbul edilməsini də təmin edə bilərdi. Xaricdə yaşayan azərbaycanlılara Azərbaycan vətəndaşlığı verməklə, onları dövlət işinə dəvət etməklə soydaşlarımızın Azərbaycan dövləti ilə hüquqi, siyasi, iqtisadi, sosial bağlılığı yönündə mühüm addım atılmış olar. Xaricdə yaşayan azərbaycanlıların assimillyasiyasının qarşısını almaq üçün onların kompakt yaşadığı ərazilərdə məktəblər açmağa kömək etmək, dərs vəsaitləri mədəni – təbliğat vasitələri, dini ədəbiyyat və s. göndərilməsi də labüddür. Xaricdəki azərbaycanlı iş adamlarının güzəştli şərtlərlə Azərbaycana böyük sərmayə qoyuluşuna nail olmaq olar. Diasporun ilkin milli – mənəvi, mədəni ehtiyaclarının öyrənilməsi və ödənilməsi də vacibdir. Bu məqsədlə ayrı-ayrı ölkələrdə mədəniyyət mərkəzlərinin, kitabxanaların, klub, fond, xalq evləri və s. təşkilinə, Azərbaycan mühacirlərin respublikamıza maneəsiz gəliş gedişi, burda təhsil alması və işləməsi üçün geniş imkanlar və hüquqi baza yaradılmasına səy göstərilməlidir. Diaspor nümayəndələri arasında birlikdə olmalıdır. Mərhum Heydər Əliyev Almaniyadakı çıxışında belə demişdir: “Mən demirəm ki, bu 40 milyon azərbaycanlının hamısı bir yerə yığışsın, bu heç də lazım deyil. Amma hamısının qəlbi, fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamız da öz müstəqilliyini bundan sonra da möhkəmləndirər”. Bundan başqa səfirliklər diaspora hər cür köməkliyi əsirgəməməlidir. Informasiya qıtlığı aradan qaldırılmalıdır. Iqtidar və müxalifət hər şeydən əvvəl xaricdə Azərbaycanın mənafeyini müdafiə etmək. Ermənilərin əsassız iddialarının yalan olduğunu dünyaya çatdırmaqla bağlı məsələlərdən birgə hərəkət etməlidirlər. Diasporun təşkilində Azərbaycançılıq ideyası əsas götürülməlidir. Təbliğat gücləndirilməlidir.. Zaur bəy sizə öz təşəkkürümüzü bildiririk prosesləri geniş və analitik şərh verdiyinizə görə Söhbətləşdi: Elnur Elürk