Azərbaycan tək qalıb
2021.10.20, 07:36
Nəsir Ağayev: "Dünya dövlətlərini yalnız xristian dünyasının yaratmış olduğu siyasət maraqlandırır" Ölkəmiz müstəqillik qazandığı illərdən bəri həyata keçirilən istər sosial, istərsə də siyasi yönümlü islahatlar bu gün də ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilir. Bunu regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində də aydın sezmək mümkündür. Lakin bir reallıq da qaçılmazdır ki, inkişaf olan istənilən cəmiyyətdə bu inkişafı kölgələyən müəyyən neqativ hallara da təsadüf olunur. Bu və bir sıra digər suallarımızı Milli Azadlıq Hərəkatının liderlərindən biri olmuş, tanınmış ziyalı Nəsir Ağayev cavablandırır. -Nəsir bəy, son dövrlər ölkədə aparılan islahat və quruculuq işlərini necə qiymətləndirirsiniz? -İstər gömrük sistemi, istər əhalinin sosial vəziyyəti, istərsə də regionların abadlaşdırılması və inkişafı yönündə həyata keçirilən islahatlar, həmçinin abadlaşdırma və quruculuq işləri mahiyyət etibarilə yüksək qiymətləndirilməldir. Lakin müəyyən istisnalar var. Hansı ki, həm kənd təsərrüfatı məhsulları, həm də şəhərlərin rahat və mədəni dərəcədə inkişafına ciddi maneçilik törədir. Bütün bunların qarşısını almağın isə yeganə yolu regionlarda əsaslı islahat və abadlaşdırma işlərinin aparılmasıdır. Qarşıda duran ümdə vəzifə həyata keçirilən bütün işlər və görülən bütün tədbirlərin yuxarı səviyyədə yoxlanılması və xalqa bununla bağlı məlumat verilməsidir. Əgər hər bir rayonun İcra Hakimiyyətinin başçısı görülən işlərlə bağlı rayon əhalisinə məlumat verərsə, orada məsuliyyət, cavabdehlik və inam, inkişaf olar və dövlətçilik möhkəmlənir. Lakin bir sıra məsələlərdə nigarançılığım var. Bir də görürsən ki, hər hansı bir ərazidə abadlıq işləri aparılır, asfalt örtüyü çəkilir, lakin 15 gündən sonra yenidən sökülür. Hamıya məlumdur ui, həmin əraziyə 50-100 min manatlarla vəsait xərclənir. Bunlara ciddi fikir vermək lazımdır. Bunun üçün icra orqanları öz məsuliyyətlərini dərk etməli, ciddi yoxlamalar aparılmalıdır. Ən azından ona görə ki, görülən bütün işlər dövlətçiliyə xidmət edir. Azərbaycan öz yeraltı və yerüstü sərvətləri ilə qibtə ediləcək səviyyədədir. -Sosial islahatlar necə aparılırğ Aztəminatlı əhaliyə edilən güzəştlər, ayrılan müavinətlər sizi qane edirmi? -Sosial islahatlarla bağlı mövcud durum tək Azərbaycanda deyil, bütün sivil dünya ölkələrində belə hələ də problem olaraq qalır. Ayrılan büdcənin ünvanına çatıb-çatmaması özü bir problemdir. Ümumiyyətlə, yer kürəsində mübarizənin iki əsas metodu var. Qanun və zor tətbiq etməklə aparılan mübarizə. Bəzən olur ki, qanunla aparılan mübarizə nəticə vermədikdə, zor tətbiq olunur. Mən çox təəssüf edirəm ki, bizdə də bəzən bir sıra məmurlar elə hesab edirlər ki, idarə və nazirliklər onların şəxsi obyekti və ya mülkiyyətidir. Edilən zənglərə, göndərilən müraciətlərə, ərizələrə laqeyd və biganə münasibət ciddi narazılıq yaradır, dövlətçiliyin möhkəmlənməsinə zərbə vurur. İndiki şəraitdə biz hər vəchlə bu cür neqativ halların qarşısını almaq üçün elə şərait yaratmalıyıq ki, bu zəngin məmləkətin əhalisi yoxsulluqdan yox, zənginlikdən danışsın. Müəyyən sosial yönümlü məsələlərdən biri də ictimai nəqliyyatla bağlıdır. Demək olar ki, axşam saat 10-dan sonra Bakı kəndlərinə nəqliyyat vasitələri çox gec-gec hərəkət edir. Nizamsızlıq olur, özbaşınalığa yol verilir. İnsanların qanunla müəyyən olunmuş haqları tapdanır. Digər bir narazılığım isə ərzaq və əhalinin sosial təminat məsələsidir. Bilirsiniz ki, ərzaq millətin gələcək təminatıdır. Milləti keyfiyyətsiz ərzaq məhsulları ilə təmin etmək onun gələcəyini şübhə altına almaq deməkdir. Bu gün xaricdən ölkəyə gətirilən malların keyfiyyəti dəqiq yoxlanılmır. Bir çox hallarda yüksək məbləğ ödənilməklə sertifikat alınır ki, guya burada istehsal olunan ərzaq məhsulu çox yüksək səviyyədədir. Sertifikatı verən təşkilat bunun müqabilində küllü miqdarda rüşvət alsa belə, bir şeyi başa düşmür ki, burada millətin aqibəti həll olunur. Elə çoxuşaqlı ailələr var ki, çox çətin vəziyyətdə yaşayırlar. Suyun, işığın və qazın istehlak dəyərinin artırılması onların ailə büdcəsinə zərbə vurur. Qida təminatını lazımi qaydada təmin edib, ödəyə bilməyən belə ailələr çoxsaylı problemlərlə üzləşirlər. Bütün bünlar dövlətin deyil, milləti öz dövlətindən narazı salan məmurların əməlləridir. -Milli azadlıq hərəkatının əsas aparıcı liderlərindən biri də siz olmusunuz. Bilirsiniz ki, bu hərəkatın baş qaldırmasının digər bir səbəbi də Dağlıq Qarabağ məsələsi ilə bağlı idi. Necə fikirləşirsiniz, münaqişənin həllinə mane olan əsas maneələr hansılardır? -Qarabağ məsələsi Azərbaycanın daxili işi olmalı idi. Çox təəssüf ki, SSRİ dövründə bütün xalqlar imperiyanın tabeçiliyində idi. Bununla belə elə dövlətlər var idi ki, onlar imperiyanın hazırladığı məkrli siyasətdən xəbərdar idilər və onların əsas patoloji nifrəti türk və islam dünyasına qarşı idi. İndi Ermənistan deyilən bir yer, hay adlanan bir millət tarixin müxtəlif mərhələlərində, məsələn 1813-cü ildə Rusiya-İran müharibəsindən və 1828-ci il Türkmənçay müqaviləsindən sonra indiki Ermənistan adlanan əraziyə Türkiyə və İrandan axışmağa başladılar. Faciə də elə burdan başladı. Rusiya Qafqazı istila etməsi ilə əlaqədar ərazidə özünə mühüm strateji dayaq yaratmaq məqsədilə buraya erməni etnosunu köçürdü və onları anti-türk, anti-islam idealogiyası ilə silahlandıraraq, türklərə qarşı nifrət və kin təlqin etdi. Ermənistan yaradılarkən ərazisi çox kiçik idi. Hələ 1918-ci ildə Azərbaycan Cümhuriyyəti İrəvan şəhərini ona verdi ki, Qarabağ, Zəngəzura olan iddialarından əl çəksinlər və Azərbaycan öz müstəqilliyini qoruya bilsin, rus qoşunlarının, Denikinin Azərbaycana daxil olmasının qarşısını ala bilsin. Bunun müqabilində ermənilər daha da şirnikləndilər. Mikoyan, Şaumyan kimi adamların fəaliyyəti onunla nəticələndi ki, Sovet hökuməti qurulandan sonra Zəng"Azərbaycan tək qalıb" Nəsir Ağayev: "Dünya dövlətlərini yalnız xristian dünyasının yaratmış olduğu siyasət maraqlandırır" Ölkəmiz müstəqillik qazandığı illərdən bəri həyata keçirilən istər sosial, istərsə də siyasi yönümlü islahatlar bu gün də ölkə rəhbərliyi tərəfindən uğurla davam etdirilir. Bunu regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində də aydın sezmək mümkündür. Lakin bir reallıq da qaçılmazdır ki, inkişaf olan istənilən cəmiyyətdə bu inkişafı kölgələyən müəyyən neqativ hallara da təsadüf olunur. Bu və bir sıra digər suallarımızı Milli Azadlıq Hərəkatının liderlərindən biri olmuş, tanınmış ziyalı Nəsir Ağayev cavablandırır. -Nəsir bəy, son dövrlər ölkədə aparılan islahat və quruculuq işlərini necə qiymətləndirirsiniz? -İstər gömrük sistemi, istər əhalinin sosial vəziyyəti, istərsə də regionların abadlaşdırılması və inkişafı yönündə həyata keçirilən islahatlar, həmçinin abadlaşdırma və quruculuq işləri mahiyyət etibarilə yüksək qiymətləndirilməldir. Lakin müəyyən istisnalar var. Hansı ki, həm kənd təsərrüfatı məhsulları, həm də şəhərlərin rahat və mədəni dərəcədə inkişafına ciddi maneçilik törədir. Bütün bunların qarşısını almağın isə yeganə yolu regionlarda əsaslı islahat və abadlaşdırma işlərinin aparılmasıdır. Qarşıda duran ümdə vəzifə həyata keçirilən bütün işlər və görülən bütün tədbirlərin yuxarı səviyyədə yoxlanılması və xalqa bununla bağlı məlumat verilməsidir. Əgər hər bir rayonun İcra Hakimiyyətinin başçısı görülən işlərlə bağlı rayon əhalisinə məlumat verərsə, orada məsuliyyət, cavabdehlik və inam, inkişaf olar və dövlətçilik möhkəmlənir. Lakin bir sıra məsələlərdə nigarançılığım var. Bir də görürsən ki, hər hansı bir ərazidə abadlıq işləri aparılır, asfalt örtüyü çəkilir, lakin 15 gündən sonra yenidən sökülür. Hamıya məlumdur ui, həmin əraziyə 50-100 min manatlarla vəsait xərclənir. Bunlara ciddi fikir vermək lazımdır. Bunun üçün icra orqanları öz məsuliyyətlərini dərk etməli, ciddi yoxlamalar aparılmalıdır. Ən azından ona görə ki, görülən bütün işlər dövlətçiliyə xidmət edir. Azərbaycan öz yeraltı və yerüstü sərvətləri ilə qibtə ediləcək səviyyədədir. -Sosial islahatlar necə aparılırğ Aztəminatlı əhaliyə edilən güzəştlər, ayrılan müavinətlər sizi qane edirmi? -Sosial islahatlarla bağlı mövcud durum tək Azərbaycanda deyil, bütün sivil dünya ölkələrində belə hələ də problem olaraq qalır. Ayrılan büdcənin ünvanına çatıb-çatmaması özü bir problemdir. Ümumiyyətlə, yer kürəsində mübarizənin iki əsas metodu var. Qanun və zor tətbiq etməklə aparılan mübarizə. Bəzən olur ki, qanunla aparılan mübarizə nəticə vermədikdə, zor tətbiq olunur. Mən çox təəssüf edirəm ki, bizdə də bəzən bir sıra məmurlar elə hesab edirlər ki, idarə və nazirliklər onların şəxsi obyekti və ya mülkiyyətidir. Edilən zənglərə, göndərilən müraciətlərə, ərizələrə laqeyd və biganə münasibət ciddi narazılıq yaradır, dövlətçiliyin möhkəmlənməsinə zərbə vurur. İndiki şəraitdə biz hər vəchlə bu cür neqativ halların qarşısını almaq üçün elə şərait yaratmalıyıq ki, bu zəngin məmləkətin əhalisi yoxsulluqdan yox, zənginlikdən danışsın. Müəyyən sosial yönümlü məsələlərdən biri də ictimai nəqliyyatla bağlıdır. Demək olar ki, axşam saat 10-dan sonra Bakı kəndlərinə nəqliyyat vasitələri çox gec-gec hərəkət edir. Nizamsızlıq olur, özbaşınalığa yol verilir. İnsanların qanunla müəyyən olunmuş haqları tapdanır. Digər bir narazılığım isə ərzaq və əhalinin sosial təminat məsələsidir. Bilirsiniz ki, ərzaq millətin gələcək təminatıdır. Milləti keyfiyyətsiz ərzaq məhsulları ilə təmin etmək onun gələcəyini şübhə altına almaq deməkdir. Bu gün xaricdən ölkəyə gətirilən malların keyfiyyəti dəqiq yoxlanılmır. Bir çox hallarda yüksək məbləğ ödənilməklə sertifikat alınır ki, guya burada istehsal olunan ərzaq məhsulu çox yüksək səviyyədədir. Sertifikatı verən təşkilat bunun müqabilində küllü miqdarda rüşvət alsa belə, bir şeyi başa düşmür ki, burada millətin aqibəti həll olunur. Elə çoxuşaqlı ailələr var ki, çox çətin vəziyyətdə yaşayırlar. Suyun, işığın və qazın istehlak dəyərinin artırılması onların ailə büdcəsinə zərbə vurur. Qida təminatını lazımi qaydada təmin edib, ödəyə bilməyən belə ailələr çoxsaylı problemlərlə üzləşirlər. Bütün bünlar dövlətin deyil, milləti öz dövlətindən narazı salan məmurların əməlləridir. -Milli azadlıq hərəkatının əsas aparıcı liderlərindən biri də siz olmusunuz. Bilirsiniz ki, bu hərəkatın baş qaldırmasının digər bir səbəbi də Dağlıq Qarabağ məsələsi ilə bağlı idi. Necə fikirləşirsiniz, münaqişənin həllinə mane olan əsas maneələr hansılardır? -Qarabağ məsələsi Azərbaycanın daxili işi olmalı idi. Çox təəssüf ki, SSRİ dövründə bütün xalqlar imperiyanın tabeçiliyində idi. Bununla belə elə dövlətlər var idi ki, onlar imperiyanın hazırladığı məkrli siyasətdən xəbərdar idilər və onların əsas patoloji nifrəti türk və islam dünyasına qarşı idi. İndi Ermənistan deyilən bir yer, hay adlanan bir millət tarixin müxtəlif mərhələlərində, məsələn 1813-cü ildə Rusiya-İran müharibəsindən və 1828-ci il Türkmənçay müqaviləsindən sonra indiki Ermənistan adlanan əraziyə Türkiyə və İrandan axışmağa başladılar. Faciə də elə burdan başladı. Rusiya Qafqazı istila etməsi ilə əlaqədar ərazidə özünə mühüm strateji dayaq yaratmaq məqsədilə buraya erməni etnosunu köçürdü və onları anti-türk, anti-islam idealogiyası ilə silahlandıraraq, türklərə qarşı nifrət və kin təlqin etdi. Ermənistan yaradılarkən ərazisi çox kiçik idi. Hələ 1918-ci ildə Azərbaycan Cümhuriyyəti İrəvan şəhərini ona verdi ki, Qarabağ, Zəngəzura olan iddialarından əl çəksinlər və Azərbaycan öz müstəqilliyini qoruya bilsin, rus qoşunlarının, Denikinin Azərbaycana daxil olmasının qarşısını ala bilsin. Bunun müqabilində ermənilər daha da şirnikləndilər. Mikoyan, Şaumyan kimi adamların fəaliyyəti onunla nəticələndi ki, Sovet hökuməti qurulandan sonra Zəngəzur Ermənistana hədiyyə verildi. Nəticədə Naxçıvanı blokadaya almaqla onun Bakı ilə əlaqəsini kəsdilər. Halbuki 1920-21-ci illərdə heç Ermənistan adlı siyasi termin olmayıb. Sovet adlanan riyakar rus imperiyası Emənistanla müqayisədə Azərbaycana qarşı ayrı-seçkilik siyasətinə yol verib. Ermənistanın yürütdüyü siyasət tək erməni dövlətinin deyil, dünya dövlətlərinin apardığı siyasətin tərkib hissəsidir. Ona görə də Azərbaycan tək qalıb. Dünya dövlətləri Azərbaycanın haqlı olduğunu bilə-bilə bununla razılaşmaq istəmirlər. Onları yalnız xristian dünyasının yaratmış olduğu siyasət maraqlandırır. Odur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi bu qədər ləngiyir. Bu dövlətlərin siyahısına başçılıq edən ABŞ, Rusiya, Fransa və İngiltərə kimi dövlətlər Ermənistanın at oynatmasına əlverişli şərait yaradırlar. Hələ 1980-ci illərdə Avropa ölkələrinin parlamenti qondarma "erməni soyqırımı"nı qəbul etmişdilər. Elə indinin özündə də ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etmək niyyətində deyil. Münaqişənin həllinin yeganə yolu türk dövlətləri birliyidir. Yalnız belə olan halda Avropa Birliyi də, Avropa İttifaqı da, Avropa Parlamenti də, Rusiya da, ABŞ-da Azərbaycanla hesablaşacaq. Çünki o zaman Azərbaycan artıq tək olmayacaq. Bütün türk dünyası onun arxasında olacaq. Əks halda Dağlıq Qarabağ torpaqlarının Azərbaycana verilməsi hələ uzun müddət çəkəcək. -Belə bir fikir var ki, yaxın 10-15 il ərzində Rusiya və İran parçalanacaq. Necə düşünürsünüz, belə olan halda güneyin istiqlalı reallaşa bilərmi? -İstiqlal prosesi bir deyil, bir neçə dəfə baş verib. Güneylilər dəfələrlə öz istiqlalı uğrunda mübarizəyə qalxıblar. Səttarxan hərəkatı, Bağırxan hərəkatı, Seyid Cəfər Pişəvəri hərəkatı buna əyani misaldır. Son dövrlər İranla baş verən hadisələr də onun parçalanmasını qaçılmaz edir. İranlı deyilən bir etnos yoxdur. İran dövlətin adıdır. Hakimiyyət ölkədəki etnik qrupları dövlətin adı altında əritməyə çalışır. Etnik qrupların mövcud olduğu bir ərazidə isə federativ sistemin olması labüddür. Lakin İran bunu qəbul etmir. İran 25 milyonluq bir xalqın müstəqilliyini tanımaq istəmir. Ərdəbildəki tarixi abidələr məhv edilir. Cənubi Azərbaycandan Ermənistana çəkilən qaz kəmərləri də elə həmin ərazilərdə olan abidələri məhv etmək üçün həyata keçirilir. Hazırda Təbrizdə oyanış hiss olunur. Ərdəbildə, Tehranda ciddi narazılıqlar var. Azərbaycanla birləşmə türkün ən böyük qələbəsi olacaq. Bu zaman Ermənistan Azərbaycan qarşısında nəfəs almağa cəsarət etməz. Rusiya da artıq faktiki olaraq parçalanıb. Son dövrlər Rusiyanın türklərə məxsus əraziləri öz inhisarına alması hamıya yaxşı məlumdur. Yakutiyada çıxan almaz, uran filizi, daş kömür, Şərqi və Qərbi Sibirdə olan neft yataqları bunların hamısı türklərin əraziləridir. Yerin altında olan bu sərvətin gücü türkün əlində olsa, o öz varlığını dünyaya hayqırar. Sadəcə, buna imkan vermirlər. -Azərbaycanı güclü iqtisadi dövlətə çevirmək üçün həyata keçirilən milli yüksəliş kursunu necə qiymətləndirmək olar? -Mən hesab edirəm ki, bunun üçün milli sahibkarlığı inkişaf etdirmək lazımdır. Bu gün bu sahənin 2-ci və ya 3-cü dərəcəli olması milli dövlətçiliyin inkişafını sual altına qoyur. Əgər 20-30 ildən sonra neft ehtiyatlarımız tükənsə, milli dövlətçiliyin qorunması sual altına düşəcək. Milli sahibkarlığın inkişafı üçün dövlət bu sahədəki islahatları dərinləşdirməli, gömrükdə inhisarçılığa qarşı, korrupsiyaya qarşı mübarizə sistemini gücləndirməlidir. Aygün Telmanqızı