SON XƏBƏRLƏR

Azərbaycan və Ermənistan prezidentləri mayın 7-8-də görüşücək

2021.10.20, 07:36
Azərbaycan və Ermənistan prezidentləri mayın 7-8-də görüşücək

Gunaz.tv
Azərbaycan və Ermənistan prezidentləri mayın 7-8-də görüşücək Metyu Brayza: "Bakıya səfərimdə məqsəd Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirməkdir" "Mən Türkiyə ilə Ermənistan arasındakı münasibətləri şərh edə bilmərəm. Onlar müstəqil dövlətlərdir və öz maraqlarına uyğun hərəkət etməyə qadirdir". APA-nın xəbərinə görə, bu sözləri ABŞ dövlət katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya bölgəsi üzrə müşaviri, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza deyib. Türkiyə-Ermənistan sərhədlərinin açılmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə biləcəyinə dair Azərbaycan jurnalistlərinin sualını cavablandıran M. Brayza ümid etdiyini bildirib ki, həm Türkiyə ilə Ermənistan, həm də Ermənistanla Azərbaycan addım-addım aralarındakı problemləri həll edəcəklər: "Dediyiniz dəyişiklik baş versə, mümkündür ki, Dağlıq Qarabağ probleminin həllinə yardımçı olsun". M. Brayza baza prinsipləri üzərində işi başa çatdırmağın vacibliyini vurğulayıb. ATƏT-in Minsk Qrupunun həmsədri Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycana səfərinin yekunları haqqında danışıb. M. Brayza prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, xarici işlər nazirinin müavini Araz Əzimov, yanacaq və energetika naziri Natiq Əliyevlə konstruktiv görüşlər keçirdiyini deyib. APA-nın xəbərinə görə, diplomat görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli, eləcə də təhlükəsizlik və enerji məsələlərinin müzakirə olunduğunu söyləyib. M. Brayza bildirib ki, Bakıya dünyada dəyişikliklərin baş verdiyi bir dövrdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirmək üçün gəlib. O, bölgədə önəmli yerə malik Türkiyənin bu məsələdə vacib rol oynadığını vurğulayıb: "Mən ümid edirəm ki, Türkiyə bu məsələdə bizə kömək edəcək. Hesab edirəm ki, müəyyən məsələlər - həm Dağlıq Qarabağ məsələsinin həllində irəliləyiş, həm də Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşması eyni anda baş verməlidir". "Ümid edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində mayın 7-8-də baş tutacaq". APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza deyib. Prezidentlərin yaxın vaxtlarda görüşə rəsmi olaraq razılıq verəcəklərinə ümidvar olduğunu söyləyən diplomat "Şərq Tərəfdaşlığı" sammitinin harada keçiriləcəyinin hələlik dəqiqləşmədiyini də qeyd edib: "Bu ya, Praqa olacaq, ya da Brüssel..."

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar