SON XƏBƏRLƏR

İRAN ERMƏNİSTANLA EYNİ HƏRBİ BLOKA QOŞULA BİLƏR

2021.10.20, 07:36
İRAN ERMƏNİSTANLA EYNİ HƏRBİ BLOKA QOŞULA BİLƏR

Gunaz.tv
İRAN ERMƏNİSTANLA EYNİ HƏRBİ BLOKA QOŞULA BİLƏR Rəsmi Tehran Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sənədləri ilə maraqlanır Ermənistanın yer aldığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına İran da üzv ola bilər. İranın Moskvadakı səfiri Mahmud Rza Səcadi bildirib ki, onun ölkəsi bu hərbi blokla əməkdaşlıq formatının yaradılması məsələsini çox fəal şəkildə həll etməkdədir. KTMT-nin mətbuat katibliyindən isə bildiriblər ki, İran blokun nizamnaməsi və əsasnaməsini öyrənir. Məlumata görə, son il yarımda KTMT-nin baş katibi Nikolay Bordyuja ilə İran rəsmiləri arasında bir neçə dəfə danışıqlar olub. “İran KTMT çərçivəsində keçirilən bir sıra əməliyyatlarda, xüsusən “Kanal” antinarkotik əməliyyatında iştirak edib”, - deyə məlumata bildirilir. Məlumata görə, İran son vaxtlar KTMT-nin ciddi hərbi bloka çevrilməsini nəzərə alaraq onunla əməkdaşlığı genişləndirir. Qeyd edək ki, KTMT-yə Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanla yanaşı, Rusiya, Qazaxıstan, Özbəkstan, Qırğızıstan, Belarus və Tackistan daxildir. Bu yaxınlarda blokun kollektiv çevik qüvvələrinin yaradılması prosesi başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar