SON XƏBƏRLƏR

Baxçalı Obamaya Qarabağdan danışacaq

2021.10.20, 07:36
Baxçalı Obamaya Qarabağdan danışacaq

Gunaz.tv
Baxçalı Obamaya Qarabağdan danışacaq Milliyətçi Hərəkət Partiyasının lideri 5 dəqiqəlik görüşdə Azərbaycanı da xatırladacaq Türkiyəyə rəsmi səfərdə olan ABŞ prezidenti Barak Obamanın rəsmi görüşləri başlayıb. vesti.az saytının Türkiyə müxbirinın verdiyi məlumata görə, bu gün Atatürkün mavzoleyini ziyarət edəndən sonra Çankaya köşkündə Obama üçün rəsmi qəbul mərasimi keçiriləcək. Bundan sonra prezident Abdulla Gül və Barak Obama arasında rəsmi danışıqlar başlayacaq. Günün ikinci yarısında Obama Türkiyə Böyük Millət Məclisində çıxış edəcək. Lakin bundan öncə ABŞ prezidenti ayrı-ayrılıqda müxalifət liderləri ilə bir araya gələcək. Türkiyənin Milliyətçi Hərəkət Partiyasının lideri Dövlət Baxçalı ABŞ prezidenti Barak Obama ilə görüşün cəmi 5 dəqiqə davam edəcəyini nəzərə alaraq 5 bənddən ibarət proqram hazırlayıb. Onların arasında İraqdakı vəziyyət, Kərkükdə türkmənlərin hüququnun müdafiəsi, PKK-nın siyasiləşdirilməsinin qarşısının alınması, ABŞ Konqresində “erməni soyqırımı” layihəsinin qəbul edilməsinə mane olunması və Dağlıq Qarabağ münaqişəsi var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar