SON XƏBƏRLƏR

Barak Obama: İranın nüvə və ballistik raketlər fəaliyyəti təkcə Amerika deyil...

2021.10.20, 07:36
Barak Obama: İranın nüvə və ballistik raketlər fəaliyyəti təkcə Amerika deyil...

Gunaz.tv
Obama nüvə silahının yayılmasının qarşısını almağa çağırır Avropa İttifaqı liderləri ilə görüşdən əvvəl Çexiya paytaxtı Praqada izdihamlı nümayişə müraciət edən Amerika prezidenti dünya boyu nüvə silahının ixtisarına çağırıb. Barak Obama deyib ki, ölkəsi nüvə silahının yayılmasının qarşısını almaqda öz üzərinə öndərliyi götürməyə hazırdı. “Amerika nüvə silahı olmayan bir dünya istiqamətində konkret addımlar atacaq. Soyuq Müharibə düşüncəsinə son qoymaq üçün biz milli təhlükəsizlik strategiyamızda nüvə silahlarının rolunu azaldacağıq və digər ölkələri də bunu etməyə çağıracağıq. Amma nə qədər ki bu silahlar mövcuddur, ABŞ istənilən rəqibinə layiqli cavab verəcək nüvə arsenalına malik olacaq. Lakin ixtisar üzərində iş başlayacaq. Biz bu il Rusiya ilə yeni, strateji nüvə silahlarının ixtisarı sazişinə dair danışıqlar aparacağıq”. Raketdən müdafiə sistemi Avropada raketdən müdafiə sisteminin qurulmasına dair planın qüvvədə qaldığını deyən Barak Obama İrandan irəli gələn təhlükənin real olduğun deyib. “İranın nüvə və ballistik raketlər fəaliyyəti təkcə Amerika deyil, İranın qonşuları və bizim müttəfiqlər üçün də təhlükə kəsb edir. Çexiya və Polşa belə raketlərdən müdafiə yaradılmasına razılıq verməklə cəsarətli addım atıblar. Nə qədər ki, İrandan təhlükə gəlirsə, biz bunu davam etdirəcəyik. Əgər bu təhlükə yox olarsa, təhlükəsizliyimiz üçün zəmin yaranarsa, o zaman Avropada raketdənmüdafiə sipərinin qurulması üçün səbəblər itəcək”, - deyib Barak Obama. Rusiya prezidenti Medvedev bu yaxınlarda inkar etmişdi ki, ABŞ-la sipər əvəzində İranın nüvə proqramının ləğvi kimi sövdələşmə müzakirə edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar