SON XƏBƏRLƏR

Barak Obama Anıtkabiri ziyarət etdi

2021.10.20, 07:36
Barak Obama Anıtkabiri ziyarət etdi

Gunaz.tv
Barak Obama Anıtkabiri ziyarət etdi ABŞ prezidenti Atatürkün qəbri önünə gül çələngi qoyub və imza dəftərinə qeyd edib Bir qədər əvvəl Türkiyədə səfərdə olan ABŞ prezidenti Barak Obama 70-ə yaxın maşından ibarət kortejlə Anıtkabir mavzoleyinə gələrək Atatürkün qəbrini ziyarət edib. ABŞ prezidenti Atatürkün qəbri önünə ağ və qırmızı güllərdən ibarət gül çələngi qoyub, bir dəqiqəlik ehtiram duruşundan sonra Antıkabir Özəl dəftərinə qeyd edib. Bu qeyd Obamanın Türkiyədə verdiyi ilk mesaj kimi qiymətləndirilir. Ehtiram duruşu zamanı Barak Obamanın əlini ürəyinin üstünə qoyması və qırmızı rəngli qalstuk taxması da diqqət çəkib. Barak Obamanı ziyarət zamanı Türkiyənin dölət naziri Mehmet Şimşek, ABŞ-ın Ankaradakı səfiri Ceyms Cefri, Ankara Böyükşəhər bələdiyyə başqanı Melih Gökçek, ABŞ Dövlət katibinin müavini Daniel Frid və baqşalarından ibarət geniş nümayəndə heyəti müşayiət edib. Bundan sonra Obama Çankaya köşkündə prezident Abdulla Güllə görüşəcək. /ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar