SON XƏBƏRLƏR

Avropa Ombudsmanlar İnstitutu separatçılara qucaq açır

2021.10.20, 07:36
Avropa Ombudsmanlar İnstitutu separatçılara qucaq açır

Gunaz.tv
Avropa Ombudsmanlar İnstitutu separatçılara qucaq açır Dağlıq Qarabağdakı separatçıları dünyaya tanıtdırmaq, onların müstəqilliyinin rəsmiləşdirilməsinə yardımçı olmaq üçün bütün beynəlxalq təşkilatlar, o cümlədən aparıcı dövlətlər bütün vasitələrdən istifadə edirlər. Belə ki, Dağlıq Qarabağda beynəlxalq yarışların keçirilməsində fəal iştirak edir, Dağlıq Qarabağın "erməni torpaqları" olduğunu xəritələrdə göstərir, separatçılar qondarma seçkilər keçirdikləri vaxt nümayəndələrini göndərir, bu yerlərin tarix və mədəniyyət abidələrinin xarici ölkələrdə düzənlənən sərgilərdə erməniləşdirilməsi üçün əllərindən gələni əsirgəmir və s. Sonuncu dediyimizə bariz misal kimi bu yaxınlarda Almaniyada keçirilən sərgidə ermənilərin həyasızcasına bizim mədəniyyət abidələrimizi özününküləşdirmələrini göstərmək olar. Dağlıq Qarabağdakı separatçıları dünyaya tanıtdırmaq, onların müstəqilliyinin rəsmiləşdirilməsinə yardımçı olmaq üçün bütün beynəlxalq təşkilatlar, o cümlədən aparıcı dövlətlər bütün vasitələrdən istifadə edirlər. Qeyd edək ki, qondarma qurumun "insan haqları müdafiəçisi"nin ofisi 2008-ci ilin may ayıından fəaliyyət göstərir. Separatçıların qondarma konstitusiyasına əsasən, insan haqları müdafiəçisi müstəqil səlahiyyətli şəxsdir. O, dövlət orqanları, yerli özünüidarə orqanları və vəzifəli şəxslər tərəfindən hüquqları pozulmuş insan və vətəndaşın hüquq və azadlığının müdafiəsini gerçəkləşdirir. Yuri Ayrapetyan jurnalistlərlə görüşdə həmçinin Dağlıq Qarabağda insan haqlarının durumu ilə bağlı məsələyə toxunub. O qeyd edib ki, 2008-ci ildə Dağlıq Qarabağda kütləvi şəkildə insan haqlarının pozulmasına rast gəlinməyib. Yuri Ayrapetyan eyni zamanda deyib: "Sevindirici haldır ki, dövlət və yerli özünüidarə orqanları mənim təkliflərimi qəbul etdilər. Elə buna görə də ötən il həmin məsələlər üzrə insan haqlarının təkrar pozuntusu faktına rast gəlinməyib". Separatçı rejimin "Ombudsmanı" bəyan edib ki, ümumiliklə, qondarma qurumun "hüquq-mühafizə orqanları" ilə əməkdaşlığın səviyyəsindən razıdır: "Biz öz müstəqilliyimizi itirməməyə və bu orqanlarla müvafiq əməkdaşlıq qurmağa çalışmalı idik. Müəyyən dərəcədə biz buna nail olduq. Buna misal kimi DQR Baş Prokurorluğu və Respublika Polisi ilə əməkdaşlığımızı diqqətə çatdıra bilərəm". Onun sözlərinə görə, separatçı rejimin "hüquq müdafiəçisi" ofisi 2008-ci ildə müxtəlif məsələlər üzrə respublika vətəndaşları ilə məsləhətləşmələr aparıb. Buna əsasən "məhkəmə sistemi" aiddir. Yuri Ayrapetyan hesab edir ki, son aylar qondarma qurumun "məhkəmə sistemində" mənəvi-psixoloji mühit dəyişib: "Gələcəkdə sosial, əmək qanunvericiliyinin və həbsə alınmış insanların hüquqlarının müdafiəsi haqqında yerli sənədlərin öyrənilməsi kimi problemlərə xüsusi diqqətin ayrılması vacibdir. Hazırda bizim ofis üçün həll olunmamış məsələ təcili reaksiya qruplarının yaradılmasıdır. Bu qruplar siqnallara daha operativ reaksiya vermək imkanı yaradacaq". Artıq bu azmış kimi Avropa Ombudsmanlar İnstitutu yaxın günlərdə Dağlıq Qarabağdakı separatçıların "Ombudsmanı" Yuri Ayrapetyanı öz sıralarına üzv qəbul etdirmək istəyirlər. Bu barədə Ayrapetyan özü Xankəndində jurnalistlərə açıqlama verib. Qeyd edək ki, qondarma qurumun "insan haqları müdafiəçisi"nin ofisi 2008-ci ilin may ayıından fəaliyyət göstərir. Separatçıların qondarma konstitusiyasına əsasən, insan haqları müdafiəçisi müstəqil səlahiyyətli şəxsdir. O, dövlət orqanları, yerli özünüidarə orqanları və vəzifəli şəxslər tərəfindən hüquqları pozulmuş insan və vətəndaşın hüquq və azadlığının müdafiəsini gerçəkləşdirir. Yuri Ayrapetyan jurnalistlərlə görüşdə həmçinin Dağlıq Qarabağda insan haqlarının durumu ilə bağlı məsələyə toxunub. O qeyd edib ki, 2008-ci ildə Dağlıq Qarabağda kütləvi şəkildə insan haqlarının pozulmasına rast gəlinməyib. Yuri Ayrapetyan eyni zamanda deyib: "Sevindirici haldır ki, dövlət və yerli özünüidarə orqanları mənim təkliflərimi qəbul etdilər. Elə buna görə də ötən il həmin məsələlər üzrə insan haqlarının təkrar pozuntusu faktına rast gəlinməyib". Separatçı rejimin "Ombudsmanı" bəyan edib ki, ümumiliklə, qondarma qurumun "hüquq-mühafizə orqanları" ilə əməkdaşlığın səviyyəsindən razıdır: "Biz öz müstəqilliyimizi itirməməyə və bu orqanlarla müvafiq əməkdaşlıq qurmağa çalışmalı idik. Müəyyən dərəcədə biz buna nail olduq. Buna misal kimi DQR Baş Prokurorluğu və Respublika Polisi ilə əməkdaşlığımızı diqqətə çatdıra bilərəm". Onun sözlərinə görə, separatçı rejimin "hüquq müdafiəçisi" ofisi 2008-ci ildə müxtəlif məsələlər üzrə respublika vətəndaşları ilə məsləhətləşmələr aparıb. Buna əsasən "məhkəmə sistemi" aiddir. Yuri Ayrapetyan hesab edir ki, son aylar qondarma qurumun "məhkəmə sistemində" mənəvi-psixoloji mühit dəyişib: "Gələcəkdə sosial, əmək qanunvericiliyinin və həbsə alınmış insanların hüquqlarının müdafiəsi haqqında yerli sənədlərin öyrənilməsi kimi problemlərə xüsusi diqqətin ayrılması vacibdir. Hazırda bizim ofis üçün həll olunmamış məsələ təcili reaksiya qruplarının yaradılmasıdır. Bu qruplar siqnallara daha operativ reaksiya vermək imkanı yaradacaq". Aysel

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar