SON XƏBƏRLƏR

Şimali Koreya orbitə peyk buraxdığını bəyan edir

2021.10.20, 07:36
Şimali Koreya orbitə peyk buraxdığını bəyan edir

Gunaz.tv
Şimali Koreya orbitə peyk buraxdığını bəyan edir Beynəlxalq ictimaiyyətin etirazlarına baxmayaraq Şimali Koreya yer orbitinə “Kvanmenson-2” raketi vasitəsi peyk çıxardığını bildirib. “Raketin atılması bizim bilik və texniki qabiliyyətimiz sayəsində mümkün olub. Bu kosmik texnologiyaların inkişafı uğrunda iftixara layiq bir nailiyyətdir ”, - deyilir dövlət informasiya agentliyinin xəbərində. Raketin atılması bir sıra ölkə tərəfindən təsdiqlənsə də peykin orbitə yerləşdirilməsinə birmənalı dəyərləndirmə mövcud deyil. Cənubi Koreya ilə ABŞ peykin yerləşdirilməsi cəhdinin uğursuz olduğunu güman ediblər. Yaponiyanın baş naziri raketin atılmasını dəyərləndirərək “Şimali Koreyanın olduqca təxribat səciyyəli” addım atdığını qeyd edib. “Şimali Koreya öz beynəlxalq öhdəliklərini pozub, təmkin göstərmək haqda çağırışlara məhəl qoymayaraq, öz təcridini daha da dərinləşdirib”, - deyib Amerika prezidenti Barak Obama. Zənn edilir ki, kosmosa raket buraxmaqla Pxenyan Amerikaya çata biləcək, uzaq mənzilli “Tepxodon-2” raketini sınamaq məqsədini güdür. “Tepxodon –2” 2006-cı ildə keçirilən sınaqlarda uçuşun ilk saniyələrində partlamışdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar