SON XƏBƏRLƏR

Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini NATO yekun bəyanatında vurğulayıb

2021.10.20, 07:36
Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini NATO yekun bəyanatında vurğulayıb

Gunaz.tv
Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini NATO yekun bəyanatında vurğulayıb Biz Cənubi Qafqaz və Moldovada uzun müddətli regional münaqişələrin hələ də davam etməsindən çox narahatıq. Regiondakı bütün tərəflərin münaqişələrin sülh yolu ilə həlli üçün konstruktiv çalışmaları çox vacibdir”. APA nin xəbərinə görə, bu barədə NATO-nun Strasburqdakı zirvə sammitinin yekun bəyanatında bildirilib. Bəyanatda daha sonra qeyd olunub ki, Alyans regiondakı münaqişə tərəflərini regional sabitlik və təhlükəsizliyə xələl gətirə biləcək bütün addımlardan çəkinməyə və hazırda davam edən danışıqlar prosesinə hörmətlə yanaşmağa çağırır: “Biz Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməkdə davam edəcəyik. Münaqişələrin prinsiplərini nəzərə alaraq, onların sülh yolu ilə həllinə yönəlmiş səyləri də dəstəkləyəcəyik. Eyni zamanda, ATƏT-in regiondakı fəaliyyəti və səyləri də bizi sevindirir. Bu da öz növbəsində Qafqazda sabitlik və əməkdaşlıq platforması ilə müvəffəqiyyətlə tamamlana bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar