SON XƏBƏRLƏR

ABŞ-da "Türk dünyası" adlı konfrans keçiriləcək

2021.10.20, 07:36
ABŞ-da "Türk dünyası" adlı konfrans keçiriləcək

Gunaz.tv
ABŞ-da "Türk dünyası" adlı konfrans keçiriləcək Mayın 16-da Nyu-Yorkun Kolumbiya Universitetində "Türk dünyası" («Pax Turcica») adlı ilk ictimai-maarifləndirici konfrans keçiriləcək. Tədbirin təşkilatçısı Azərbaycan-Amerika Şurası, Amerika Azərbaycanlıları Cəmiyyəti, ABŞ-ın Azərbaycanlı Gənclərinin Şəbəkəsi, İstanbul Universiteti Məzunları Assosiasiyası və Türk-Amerikan Assosiasiyaları Federasiyasıdır. Konfrans Azərbaycan Demokratik Respublikasının (ADR) 91-ci illik yubileyinə həsr olunur. Konfransda əsas məqsəd ABŞ-ın yüksək ictimai-siyasi dairələrinin diqqətini Qafqaz, Mərkəzi Asiya və bütünlükdə Avrasiyadakı energetik və geopolitik maraqlara cəlb etmək, türkdilli xalqların tolerantlığı və ümumi mədəni məsələlərinin müzakirəsi, eyni zamanda türkdilli diasporların əməkdaşlığında və fəaliyyətində vahid istiqamətlərin işlənib hazırlanmasıdır. Tədbirin gedişində Avrasiyanın türkdilli xalqlarının tarix və dilçilik üzrə mütəxəssis-alimlərinin, ABŞ-ın, Azərbaycanın, Türkiyənin və s. ölkələrin ictimai-siyasi dairələrinin nümayəndələri, eyni zamanda Azərbaycan, türk, özbək və s. türk diasporlarının iştirakı gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar