SON XƏBƏRLƏR

Türkiyə ilə Ermənistan arasında münasibətlərdə irəliləyiş var

2021.10.20, 07:36
Türkiyə ilə Ermənistan arasında münasibətlərdə irəliləyiş var

Gunaz.tv
Burak Özügərgin: «Rəsmi Ankara iki ölkə arasında münasibətlərin inkişafından məmnundur» «Türkiyə ilə Ermənistan arasında münasibətlərdə irəliləyiş var». «CNN-türk» telekanalının yaydığı məlumata görə, bunu Türkiyənin xarici işlər nazirliyinin rəsmisi Burak Özügərgin deyib. Onun sözlərinə görə, rəsmi Ankara iki ölkə arasında münasibətlərin inkişafından məmnundur. Türkiyəli diplomat növbəti dəfə inandırmağa çalışıb ki, ölkəsinin Ermənistanla yaxınlaşması Azərbaycan-Ermənistan münasibətlərinə də müsbət təsir göstərə bilər. Rəsmi Bakı isə bəyan edir ki, indiki şəraitdə Türkiyənin Ermənistanla bağlı siyasətinə yenidən baxması, o cümlədən də sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanla Ermənistan arasında aparılan danışıqlara mənfi təsir göstərəcək və Azərbaycanın milli maraqlarına ziddir. Bu addım həm strateji, həm də taktiki planda vəziyyətə mənfi təsir edəcək, həmçinin regionda gərginliyi artıracaq. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar