SON XƏBƏRLƏR

Ermənistan və İran neft boru xətti inşasına başlayacaq

2021.10.20, 07:36
Ermənistan və İran neft boru xətti inşasına başlayacaq

Gunaz.tv
Ermənistan və İran neft boru xətti inşasına başlayacaq Ermənistan və İran 2009-cu ildə Təbriz-Yerasx (Ararat vilayəti) neft kəmırinin inşasına başlayacaqlar. Bu barədəki açıqlama Martın 10-da Ermənistan enerji və təbii sərvətlər naziri Armen Movsisyan tərəfindən verilib. Movsisyan kəmər vasitəsiylə Təbrizdəki neft ayırma zavodunda emal edilən neft məhsullarının ilk növbədə benzin və dizel yanacağının Ermənistana çatdırılacağını bildirib. Erməni nazir kəmərin illik neft tələbati 450-500 min ton olan Ermənistan üçün mühüm əhəmiyyət daşdığını vurqulayıb. Ermənistanla İran arasındakı əməkdaşlığı daha da möhkəmləndirəcək bu kəmərin tikintisinə 2009-cu ilin yazında başlanılması və 2011-ci ildə başa çatdırılması nəzərdə tutulmaqdadır. İlkin məlumatlara görə 240 milyon dollar dəyərindəki bu lahiyənin 300 km uzunluğunda olması və 250 milllimetrlik borularla çəkilməsi nəzərdə tutulmaqdadır. Lahiyə çərçivəsində Eraksda (Araz) bir neft məsulları ambarının tikilməsi planlanmaqdadır. Xatırladaq ki, Ermənistan və İran arasında neft kəməri çəkilişi məsələsi ilk dəfə indiki Ermənistan president Serj Sarkisyan tərəfindən 4 Dekabr 2004-cü illdə gündəmə gətirilmişdi. O zaman müdafiə naziri postunu tutan Sarkisyan qəribə də olsa İranın Ermənistan səfiri Əliriza Həqiqian ilə görüşündə Culfa (İran)-Mehri (Ermənistan) maşrutu ilə 60 km-lik neft kəməri çəkilməsini təklif etmişdi. Sarkisyanın bu təklifinin tərəflər arasında müzakirəsi prosesində Rusiya-Ermənistan-İran əməkdaşlığı ilə Mehridə illlik 7,5 milyon ton neft emal edən zavodun tikilməsi də gündəmə gəlmişdi. Ancaq Rusiya 2007-ci ilin yanvarında iqtisadi cəhətdən faydalı olmayacağını səbəb göstərərək Mehridə bu zavodun tikilməsinə qarşı çıxmışdı. Lakin rəsmi İrəvan və Tehran iki ölkə arasında neft əməkdaşlığına dair müzakirələri davam etdirdilər. Danışıqlar nəticəsində 2008-ci ilin Dekabrinda Tehran səfəri sırasında Ermənistan enerji və təbii sərvətlər naziri Armen Movsisyan ilə İran xarici işlər naziri Manuçehr Möttəki arasında Təbriz-Eraks neft kəmərinin çəkilməsinə dair ilkin razılaşma əldə edildi. 1991-dən sonra daima rəsmi İrəvanı strateji müttəqiqi hesab edən İran, Azərbaycanın Ermənistana iqtisadi amabrqo siyasətini təsiri azaldan siyasi kurs izləmiş, bu ölkə ilə inkişaf etdirdiyi qeniş miqyaslı iqtisadi əməkdaşlıq sayəsində Erməni təcavüzkarlığının mühüm dəstəkləyicisi rolunu oynamışdır. Bu çəçivədə Təbriz-Eraks neft kəmərinin çəkilməsi rəsmən özünü “İslam respublikası” olaraq təqdim edən İranın əhalisi müsəlman və hətta büyük çoxluğu Şiə olan Azərbaycanın topraqlarının işqal edən Xristiyan Ermənistanı ənənəvi dəstəkləmə siyasətinin yeni nümunəsı olaraq qiymətləndirilə bilər. http://www.araztm.org/?mod=actual&id=139

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar