SON XƏBƏRLƏR

AKP-nin ermənilərlə qardaşlama siyasəti , Azərbaycan xalqına psixoloji zərbə vurur

2021.10.20, 07:36
AKP-nin ermənilərlə qardaşlama siyasəti , Azərbaycan xalqına psixoloji zərbə vurur

Gunaz.tv
Milli Məclisin dünən keçirilən iclasında millət vəkilləri Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsinə etiraz bildiriblər. Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Türkiyədə AKP iqtidarı Azərbaycana qarşı xəyanət saylı biləcək Ermənistanla qardaşlaşma siyasəti aparır. Son zamanlar Türkiyədə yürüdülən siyasət Azərbaycan xalqına qarşı psixoloji zərbə olub: "Bütün bunlara baxmayaraq, Türkiyə bizimlə qardaş ölkədir. Əminəm ki, Anadolu türkləri vaxtında AKP-nin yürütdüyü siyasətə qarşı öz sözlərini deyəcəklər". Türkiyə ilə Ermənistan arasındakı sərhədin coğrafi baxımdan daha çox psixoloji sərhəd olduğunu diqqqətə çatdıran millət vəkili Zahid Orucun sözlərinə görə, həmin sərhəd yüz illər ərzində Ermənistanın həyata keçirdiyi düşmənçilik siyasəti nəticəsində yaranıb: "İndi birdən-birə düşüncələrdə bu təfəkkür götürülmədən sərhədlərin açılması türk dünyasında erməni obrazını qardaşlaşdırırıq. Tarixdə bir çox hallarda Ermənistan-Türkiyə münasibətlərinin qardaşlığından Azərbaycan ziyan çəkib. Yaxşı olardı ki, Milli Məclis sədrinin dəvətilə Türkiyə parlamentinin rəhbəri Azərbaycana gələrək türk dünyasının hansı maraqlarına zərbə dəyəcəyi müzakirə edilsin". Dağlıq Qarabağ probleminin həlli və Türkiyə-Ermənistan münasibətləri ilə bağlı parlamentdə qapalı iclasın keçirilməsini təklif edən millət vəkili İqbal Ağazadənin sözlərinə görə, bu məsələlərlə bağlı müxtəlif fikirlər səsləndirilsə də onların detaları açıqlanmır: "Son vaxtlar Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ümidverici açıqlamalar verilir. Eyni zamanda, Türkiyə-Ermənistan sərhədlərinin açılacağı bildirilir. Ancaq bunların heç birinin detalları məlum deyil. Bu detalların milət vəkillərinə açıqlanması üçün parlamentdə qapalı iclas keçirilməlidir". Millət vəkilinin bildirdiyinə görə, Türkiyə ictimaiyyətində də bu məsələlərlə bağlı narahatçılıq müşahidə olunur. Bu amil nəzərə alınaraq Azərbaycan parlamentinin nümayəndələri bu ölkəyə səfər edərək çoxtərəfli görüşlər keçirməlidir. Bu addımın xeyri-ziyanı araşdırılmalı, Türkiyə ictimaiyyəti və siyasi partiyalarına məlumatlar çatdırılmalıdır. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən qanlı cinayət faktlarının beynəlxalq ictimaiyyətinə lazımi qədər çatdırılmadığını deyən millət vəkili Aynur Quliyevanın sözlərinə görə, bu istiqamətdə ciddi addımlar atılmalıdır: "Təəssüf ki, bu hadisələri yalnız Xocalı faciəsi və digər hadisələrin ildönümü ərəfəsində xatırlayırıq. İndiyə qədər ölkədə soyqırım qurbanlarının xatirəsinə abidə və muzey yaradılmayıb. Bunun nəticəsidir ki, ölkəyə gələn beynəlxalq diplomatlara faciələrimiz barədə həqiqətləri satdıra bilmirik. Mədəniyyət və Turizm Nazirliyi deyir ki, abidə və muzey yaradılması üçün mükəmməl layihə yoxdur. Ancaq bu layihələrin hazırlanması üçün müxtəlif yaradıcı təşkilatlara sifariş vermək mümkündür". Qubada aşkar edilən kütləvi məzarlığın vəziyyətinin ağır olduğunu bildirən deputat Vahid Əhmədovun sözlərinə görə, yağan yağış və ətrafdakı evlərdən axan sular məzarlığı uçma təhlükəsi ilə üz-üzə qoyub: "Ətraf kəndləri köçürmək və yol çəkmək üçün müəyyən vəsait ayrılmalıdır". Millət vəkili Milli Məclisin sədri və ölkə prezidentinə müraciət edərək Quba məzarlığının mühafizəsi və muzey təşkil edilməsi məqsədilə vəsait ayrılmasını xahiş etdi. Sonra millət vəkilləri gündəlikdə duran "Televiziya və radio yayımı haqqında" qanuna əlavə və dəyişiklik edildi. Qeyd edək ki, sözügedən qanun 8 dəyişiklik edilib. Dəyişikliyə əsasən xarici telekanalların idman yarışları və seçkilər zamanı Azərbaycan ərazisində peyk vasitəsilə yayımına icazə verilir. Alim

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar