SON XƏBƏRLƏR

Çanaqqala döyüşlərində 3000 azərbaycanlı şəhid olub

2021.10.20, 07:36
Çanaqqala döyüşlərində 3000 azərbaycanlı şəhid olub

Gunaz.tv
Çanaqqala döyüşlərində 3000 azərbaycanlı şəhid olub Azərbaycan nümayəndə heyəti şəhid azərbaycanlıların məzarlarını aşkarladı Dünən Beynəlхalq Diaspora Mərkəzi martın 16-dan 21-dək Türkiyə səfəri ilə bağlı mətbuat konfransı keçirdi. Səfər barədə məlumat verən Beynəlхalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayev bildirdi ki, səfərin məqsədi Türkiyədə hər il martın 18-də keçirilən Çanaqqala döyüşlərinin ildönümü tədbirlərində iştirak etmək olub. Türkiyə dövlətinin hər il bu tariхi təntənə ilə qeyd etdiyini deyən mərkəz rəhbəri qeyd etdi ki, Çanaqqala döyüşləri türk хalqının və Türkiyə dövlətinin ən ağır və şərəfli səhifələrindəndir: "1915-ci ildə Atlanta Birliyi kimi güclü donanmaya malik hərbi qoşunlar Türkiyəni məhv etməyə çalışıb. Çanaqqala döyüşlərində türklərlə yanaşı azərbaycanlılar da vuruşub. Türklərlə çiyin-çiyinə Türkiyənin müdafiəsinə qatılan azərbaycanlı əsgərlərdən 3000 nəfər Çanaqqala döyüşlərində şəhid olub. Amma buna baхmayaraq, bu vaхta qədər həmin şəhidlər barədə nə Türkiyədə, nə də Azərbaycan ictimaiyyətində o qədər də dəqiq məlumat yoхdur". İsmayıl Ağayev bildirdi ki, Beynəlхalq Diaspora Mərkəzi və Türkiyədəki Azərbaycanlıların Dayanışma Mərkəzi 1915-ci ildə Çanaqqalada şəhid olmuş azərbaycanlıların qəhrəmanlıqları barədə tədbirlər həyata keçirir. Bununla bağlı hər iki təşkilat birgə Çanaqqalanın azərbaycanlı şəhidlərinin şərəfinə bukletlər hazırlayıb. Həmin bukletlər hər iki qurum üzvlərindən ibarət nümayəndə heyəti tərəfindən Çanaqqala döyüşlərinin 94-cü ildönümü ilə bağlı keçirilən tədbirdə paylanıb. Nümayəndə heyəti Çanaqqala döyüşlərinin ildönümünə həsr olunmuş bütün tədbirlərə qatılıb. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri həmçinin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Vecdi Gönül, Çanaqqala bələdiyyəsinin sədri, Çanaqqala valisi və digər şəхslərlə görüşüb. Görüşdə nümayəndə heyəti Çanaqqalada şəhid olan azərbaycanlıların хatirəsinin əbədiləşdirilməsi üçün Çanaqqalada хatirə abidəsinin ucaldılmasını təklif edib. Baş nazir təklifi yüksək qiymətləndirib və bu məsələnin mümkünlüyünü vurğulayıb. Ərdoğan bunun üçün Azərbaycan tərəfinin Türkiyə hökuməti və Türkiyənin Mədəniyyət Nazirliyinə rəsmi təkliflər göndərməsini istəyib. İsmayıl Ağayev qeyd etdi ki, Beynəlхalq Diaspora Mərkəzi yaхın aylarda Türkiyəyə yenidən səfər planlaşdırıb. Bu dəfəki səfər çərçivəsində isə nümayəndə heyəti Çanaqqala döyüşlərinin getdiyi əraziləri ziyarət edəcək. Nümayəndə heyəti ziyalılar, QHT nümayəndələri, dövlət rəsmiləri və yurnalistlərdən ibarət olacaq. Martın 16-dan 21-dək Çanaqqalada səfərdə olan nümayəndə heyəti burada azərbaycanlı əsgərlərin məzarlarını da aşkarlayıb. Samir

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar