SON XƏBƏRLƏR

Berluskoni Ərdoğanı dilə tutmağa çalışır

2021.10.20, 07:36
Berluskoni Ərdoğanı dilə tutmağa çalışır

Gunaz.tv
Berluskoni Ərdoğanı dilə tutmağa çalışır Ankara Danimarka baş nazirinin NOA-ya rəhbərlik etməsinə qarşıdır İtaliyanın Baş naziri Silvio Berluskoni bu gün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla telefonla Danimarkanın Baş naziri Anders Foq Rasmussenin NATO-nun Baş katibi təyin edilməsi məsələsi ilə bağlı problemdən çıxış yolu axtarmaq üçün danışıqlar aparıb. (Trend) Qaynar.info olaraq, qeyd edək ki, Danimarkanın baş naziri Andres Fogh Rasmussen aprelin 3-də NATO-nun baş katibi vəzifəsinə namizəd olduğunu təsdiqləyib. Alyansın aprelin 3-də Fransa və Almaniyada başlayan iki günlük sammitində üzv ölkələrin liderləri yeni baş katibin seçilməsi məsələsini də müzakirə edib. Böyük Britaniya, Almaniya və Fransa kimi ölkələr Rasmussenin namizədliyini dəstəkləsə də, Türkiyə bunun əleyhinədir. Qurumda səısvermə konsensus şəklində aparıldığı üçün, Türkiyənin əleyhinə çıxdığı üçün Rasmussenin sədr olması əngəllənmiş olur. Türkiyə öz qərarına səbəb kimi 56 yaşlı Andres Fogh Rasmussenin 2006-cı ildə Danimarka mətbuatında Məhəmməd Peyğəmbərin karikaturalarının dərci zamanı tutduğu mövqeni əsas gətirir. O zaman Rasmussen bunu söz azadlığının ifadəsi kimi qiymətləndirmişdi. Bundan əlavə, Danimarkanın baş naziri Türkiyənin Avropa Birliyinə qoşulmasının da əleyhinə çıxış edib. // T.İsmayılov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar