SON XƏBƏRLƏR

Kazan Rusiyanın paytaxtı oldu

2021.10.20, 07:36
Kazan Rusiyanın paytaxtı oldu

Gunaz.tv
Kazan Rusiyanın paytaxtı oldu Tatarıstan paytaxtı “Üçüncü şəhər” adlanmaq hüququ əldə etdi Kazan şəhəri öz adını “Rospatent”də əmtəə nişanı qismində qeydiyyatdan keçirərək “Rusiyanın üçüncü paytaxtı” adını alıb. bu hadisə Nijnı Novqorod şəhərinin rəhbərliyini kədərləndirib. Məsələ ondadır ki, Nijni Novqorod şəhəri də “Rusiyanın üçüncü paytaxtı” adına iddialıdır. Artıq şəhər rəhbərliyi Kazana simvolik status verilməsinin əleyhinə çıxaraq bu statusun ona verilməli olduğunu bəyan edib. “Rospatent” Kazanın ərizəsini qəbul edərək Tatarıstan paytaxtının “Rusiyanın üçüncü paytaxtı”, “Russias third capital”, “Üçüncü şəhər”, “Rusiyanın üçüncü şəhəri” adı adlanmaq hüququnu tanıyıb. Xatırladaq ki, “birinci paytaxt” Moskva, “ikinci paytaxt” Sankt-Peterburq sayılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar