SON XƏBƏRLƏR

“Taliban” ABŞ-dakı qətliamın məsuliyyətini üzərinə götürdü

2021.10.20, 07:36
“Taliban” ABŞ-dakı qətliamın məsuliyyətini üzərinə götürdü

Gunaz.tv
“Taliban” ABŞ-dakı qətliamın məsuliyyətini üzərinə götürdü Qruplaşma bunun ABŞ-ın aviazərbələrinə cavab olduğunu iddia edir ABŞ-ın Binhemton şəhərində 13 nəfərin öldürülməsi və 26 nəfərin yaralanması ilə nəticələnən qətliamın məsuliyyətini “Pakistan Talibanı” qruplaşması öz üzərinə götürüb. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə qruplaşmanın lideri Baytulla Məsud agentliyə telefonla bildirib. Məsud bəyan edib ki, aksiya ABŞ təyyarəsinin Pakistana endirdiyi aviazərbəyə cavab olaraq həyata keçirilib. Qeyd edək ki, Məsud bir neçə gün öncə bəyanatla çıxış edərək ABŞ-da dəhşətli terror aktları hazırladıqlarını və bütün dünyanı lərzəyə gətirəcəklərini bildirmişdi. Lakin polis Binhemptonda baş verən faciənin taliblərlə əlaqəsi ilə bağlı hər hansı informasiyaya malik olmadıqlarını vurğulayıb. Güc strukturlarının məlumatına görə, cinayəti Amerika vətəndaşı, 42 yaşlı vyetnamlı Civerli Vonq həyata keçirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar