SON XƏBƏRLƏR

AKP HÖKUMƏTİNDƏ ÇAT

2021.10.20, 07:36
AKP HÖKUMƏTİNDƏ ÇAT

Gunaz.tv
AKP HÖKUMƏTİNDƏ ÇAT Ərdoğan “DTP Ermənistan sərhədinə çatdı” deyən hökumət sözçüsünü danlayıb Türkiyənin Azərbaycan, İran və Ermənistanla sərhədində yerləşən strateji əhəmiyyətli İqdır şəhərində bələdiyyə seçkilərini PKK terror təşkilatına bağlı kürd partiyasının namizədinin qazandığı haqda xəbər verilib. Xatırladaq ki, bu nəticələr Azərbaycanda və Türkiyədə narahatlıqlara səbəb olub. Çünki İğdırı almaq haqda PKK lideri Abdullah Öcalanın çoxdankı təlimatı var. Hesab edilir ki, bu şəhərin PKK-nın nəzarətinə keçməsi “Böyük Ermənistan” və “Böyük Kürdüstan” ideyalarına xidmət edəcək. İqdır seçkilərinin nəticələri ilə bağlı narahatlığını ifadə edən hökumət sözçüsü, dövlət naziri Cəmi Çiçək “Hürriyət” qəzetinə müsahibəsində bu cür ifadə işlətmişdi: “DTP İqdırı da alıb Ermənistan sərhədinə çatdı”. Hökumət sözçüsünün bu ifadələri AKP rəhbərliyinin və baş nazir Rəcəb Tayyib Ərdoğanın narazılığına səbəb olub. Jurnalistlərə açıqlamasında baş nazir deyib ki, Cəmil Çiçəyin DTP haqqındakı bu sözləri xoş deyil və hökumətin mövqeyini əks etdirmir. AKP qrup başqan vəkili Hinat Ergün isə hökumət sözçüsünün sözlərinin onun şəxsi mövqeyi olduğunu deyib. Ergün qeyd edib ki, AKP də bir çox sərhəd yaşayış məntəqələrində seçkiləri qazanıb, ona görə də Çiçək sözlərini düzəltməlidir. Mətbuat isə yazıb ki, baş nazir hökumətin toplantısında Çiçəyə bu sözləri ilə bağlı irad bildirib. Bir gün əvvəl NTV kanalına müsahibə verən Çiçək isə deyib ki, onun “DTP Ermənistan sərhədinə çatdı” ifadəsi mətbuatda yanlış yozulub və şəxsinə qarşı linç kampaniyası başladılıb: “Mən seçki qutularından çıxan nəticəyə hörmət etməyin vacibliyi haqda danışmışam. ”Ermənistan sərhədi" ifadəsi mənim şəxsi baxışlarımı ifadə edir, demək istəmişəm ki, partiyalardan biri ancaq bəlli bölgələrdə səs ala bilir, çünki o bölgələrə yönələn siyasət aparır. Baş nazir sözlərimə münasibət bildirməzdən əvvəl mənimlə danışmalıydı. Öncə bir-birimizə öz qənaətlərimiz bölüşməliydik. Hələlik baş nazirlə bu məsələni müzakirə etmədim, ancaq istəsə müzakirə edə bilərik. Mən demokratiya sınağından keçmiş siyasətçiyəm və bunun ən yaxın şahidləri prezident və baş nazirdir". F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar