SON XƏBƏRLƏR

130-dan ÇOX BLOQÇU DİNİ RƏHBƏRƏ MƏKTUB GÖNDƏRİB:SİZİ NECƏ TƏNQİD EDƏK Kİ, HƏBSƏ DÜŞMƏYƏK?

2021.10.20, 07:36
130-dan ÇOX BLOQÇU DİNİ RƏHBƏRƏ MƏKTUB GÖNDƏRİB:SİZİ NECƏ TƏNQİD EDƏK Kİ, HƏBSƏ DÜŞMƏYƏK?

Gunaz.tv
130-dan ÇOX BLOQÇU DİNİ RƏHBƏRƏ MƏKTUB GÖNDƏRİB:SİZİ NECƏ TƏNQİD EDƏK Kİ, HƏBSƏ DÜŞMƏYƏK? 130-dan çox bloqçu İranın dini rəhbəri Əli Xamneyiyə məktub yazaraq gənc bloqçu Ümidrza Mirsəyyafinin ölümünün araşdırılmasını istəyib. İran İslam Respublikasının qurucusu Xomeynini və hazırkı dini rəhbər Xamneyini öz bloqunda təhqir etməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Ü.Mirsəyyafi martın 18-də Tehranın Evin həbsxanasında müəmmalı şəkildə dünyasını dəyişib. “Media forum” saytının məlumatına görə, dini rəhbərə ünvanlanan məktubda deyilir: “Biz sizi təhqir etməkdə günahlandırılan Ümidrzanın bloqunda, nə qədər axtarsaq da, sizə qarşı təhqiredici bir yazı və material tapa bilmədik. Lütfən deyin, onun hansı yazısı sizə qarşı təhqir sayılıb ki, İran İslam Respublikası ona 2 il yarım həbsi rəva görüb?”Məktubda Mirsəyyafinin məhkəməsinin qapalı şəraitdə keçirilməsi də tənqid olunur: “Ölkə konstitusiyasının 168-ci maddəsinə görə, hər bir siyasi müttəhimin məhkəməsi açıq şəraitdə keçirilməlidir. Lütfən deyin, nəyə görə onun bu hüququna riayət edilməyib? Nəyə görə onun məhkəmədəki müdafiə nitqi ictimaiyyətə açıqlanmayıb? Sizcə, siyasi müttəhim ona qarşı irəli sürülmüş ittihamla bağlı ictimaiyyət qarşısında özünü müdafiə etmək hüququna malikdir, yoxsa yox?” Məktubda təhlükəsiz tənqidin necə olması barədə dini rəhbərə bir sual da verilib: “Cənab ayətullah Xamneyi! Siz ötən il çıxışlarınızın birində dini rəhbəri tənqid etməyin azad olduğunu demişdiniz. Bizim sizə sualımız budur: Biz bloqçular sizi necə, nə cür tənqid edək ki, həbsə düşməyək?”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar