SON XƏBƏRLƏR

Yenə kütləvi qətl, yenə Amerika - FOTOLENT

2021.10.20, 07:36
Yenə kütləvi qətl, yenə Amerika - FOTOLENT

Gunaz.tv
Yenə kütləvi qətl, yenə Amerika - FOTOLENT Binada 40 nəfəri girov götürən cinayətkar 13 adamı öldürəndən sonra intihar edib Amerikada növbəti kütləvi qətliam törədilib. Lent.az-ın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, orta yaşlı kişi Binqhempton şəhərində Amerika Vətəndaş Assosiasiyasının binasına girərək 13 nəfəri öldürüb, 26 nəfəri isə yaralayıb. Polis əməkdaşları artıq cinayətkarın şəxsiyyətinin müəyyən edildiyini bildirirlər. Lakin hələlik onun adı çəkilmir. Onun Binqhempton şəhərində yaşadığı və 42 yaşı olduğu məlumdur. Qeyri-rəsmi mənbələr onun adının Lin Pxat Voonq olduğunu bildirir. Cinayətkarın Asiya mənşəli – vyetnamlı olduğu iddia edilir. Onun öldürdüyü şəxslərin böyük əksəriyyəti də vyetnamlı mühacirlərdir. Agentliklər bildirirlər ki, cinayətkar törədəcəyi qətli əvvəlcədən və ciddi şəkildə planlaşdırıb. O, maşınını binanın arxa çıxışının qəza qapısına dirəyərək qapının açılmasını əngəlləyib. Özü isə əsas girişdən içəri daxil olaraq insanlara atəş açmağa başlayıb. Bu zaman onun üstündə ən azı 2 ədəd odlu silah olub. Cinayətkar binaya girən kimi 40-dan çox adamı girov götürüb. 10 nəfər yaranmış qarışıqlıqdan istifadə edərək binadan çıxa bilib. Daha 33 nəfəri isə Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri azad edib. Hələlik cinayətin motivləri bəlli deyil. Bəzi məlumatlara görə, cinayətkar bir müddət əvvəl iş yerini itirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar