SON XƏBƏRLƏR

İran adlanan yer, Ermənistana blokadadan çıxmaqda yardım edəcək

2021.10.20, 07:36
İran adlanan yer, Ermənistana blokadadan çıxmaqda yardım edəcək

Gunaz.tv
Ermənistanla İran arasında dəmiryol xəttinin çəkilməsinə dair İrəvanda anlaşma memorandumu imzalanıb İran işğalçı Ermənistana blokada vəziyyətindən çıxmağa kömək etməyə hazır olduğunu bəyan edib. Ermənistanla İran arasında dəmiryol xəttinin çəkilməsinə dair İrəvanda anlaşma memorandumu imzalanıb. Sənədi Ermənistanın nəqliyyat naziri Qurqen Sarkisyan və İranın yol və kommunikasiya naziri Həmid Bihbaxani imzalayıb. İranlı nazir deyib ki, dəmiryol xəttinin uzunluğu 470 km olacaq ki, bunun da 60 km-i İranın, qalan 410 km-isə Ermənistanın ərazisindən keçəcək. Bihbaxaninin sözlərinə görə, bu layihə faktiki olaraq böyük İpək yolu marşrutunu təkrar edir. Ermənistanın “Novosti Armeniya” agentliyi xəbər verir ki, İranla Ermənistan arasında dəmiryolu layihəsinin tikintisi 3 mərhələdə aparılacaq. Birinci və ikinci mərhələ 1 il yarım çəksə də, ümumilikdə bütün mərhələlər 3-4 il vaxt aparacaq. İranın “İRNA” agentliyi isə məlumat yayıb ki, rəsmi Tehran İrəvana Ermənistanın xarici ölkələrə ötürmək üçün İran portlarına yükdaşımaq üçün şərait yaratmağa söz verib. Qeyd edək ki, işğalçı siyasətində əl çəkmədiyinə görə, regional layihələrdən kənarda qalan Ermənistanın hazırda yalnız Gürcüstanla dəmiryolu əlaqəsi var. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar