SON XƏBƏRLƏR

Daha bir Azərbaycan güləşçisi Avropa çempionu oldu

2021.10.20, 07:36
Daha bir Azərbaycan güləşçisi Avropa çempionu oldu

Gunaz.tv
Daha bir Azərbaycan güləşçisi Avropa çempionu oldu Mariya Stadnik finalda rəqibinin xal qazanmasına imkan verməyib Azərbaycanın qadın güləşçisi Litvada keçirilən Avropa çempionatının qızıl medalını qazanıb. Mariya Stadnik finalda Rumıniya təmsilçisi Estere Dobreni asanlıqla məğlub edib-6:0, 7:0. Qeyd edək ki, güləşçimiz 1/8 finalda rus Liliya Kaskarakovanı, ¼ finalda Ukrayna güləşçisi Mariya Livaçı, yarımfinalda isə polşalı İvona Sadovskanı məğlub etmişdi. Avropa çempionatında iştirak edən digər güləşçilərimiz isə uğursuz çıxış edib. 55 kq çəkidə yarışan Nadya Qradyuk elə ilk görüşdə çexiyalı Lenka Martinakovaya məğlub olaraq mübarizəni dayandırıb. 63 kq çəkidə mübarizə aparan Olesya Zamula isə 1/8 finalda italyan Mariya Diananı məğlub etsə də ¼ final qarşılaşmasında isveçli Hanna Yohanssona məğlub olub. Digər güləşçimiz 72 kq çəkidə yarışan Dina İvanova da ilk görüşünü qələbə ilə başa vurub. Dina 1/8 finalda belaruslu Natalliya Şınkarovanı məğlub edib. Güləşçimiz 1/4 finalda rusiyalı Alyona Starodubtsevaya məğlub olsa da, rus güləşçi finala yüksəldiyi üçün, Dina İvanova bürünc medal uğrunda mübarizə aparmaq imkanı əldə edib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar