SON XƏBƏRLƏR

31 mart soyqırımını dünyaya tanıda bilməmişik

2021.10.20, 07:36
31 mart soyqırımını dünyaya tanıda bilməmişik

Gunaz.tv
31 mart soyqırımını dünyaya tanıda bilməmişik Aydın Quliyev: "Əgər bu gün Qubada kütləvi məzarlıqda aşkarlanan sümükləri qoruyub saxlamaq üçün xüsusi kimyəvi maddələrin alınmasına 5-10 manat ayrılmırsa, yaxın vaxtlarda soyqırımın dünyada tanıdılmasından danışmaq mənasızdır" Dünən ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin, soyqırımın, millətimizin üzləşdiyi faciələr xatırladıldı, yüzminlərlə soydaşımızın xatirəsi yad olundu. Səlcuq Ölkəmizdə, eləcə də müxtəlif xarici dövlətlərdə soyqırımla bağlı bir sıra tədbirlər həyata keçirildi. Amma bu tədbirlərin 1918-ci ildə baş verən hadisələrin dünyaya tanıdılması istiqamətində ciddi addım olduğunu söyləmək çətindir. Ən azı ona görə ki, bu tədbirlər həddindən artıq dar çərçivədə keçirilir. Başqa bir maraqlı məqam isə ondan ibarətdir ki, başımıza gətirilənlər, ancaq hadisələrin baş verdiyi gün yadımıza düşür. Başqa günlərdə isə sanki heç nə olmayıbmış kimi hərəkət edilir. Yəni baş verən hadisələrin, soyqırımların dünya miqyasında tanıdılması üçün geniş şəkildə iş görülmür. Doğrudur dövlət rəsmiləri vəziyyətin fərqli olduğunu iddia edirlər. Ancaq reallıq göz önündədir. Ermənilər olmayan soyqırımı dünyanın bir çox ölkələrdə rəsmən tanıtmağa müvəffəq olsalar da, biz heç qardaş Türkiyədə də bu işi həyata keçirə bilməmişik. Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz ictimai-siyasi xadimlər də bu qənaətdədirlər ki, 31 mart, Xocalı soyqırımlarının dünyaya tanıdılıması istiqamətində göstərilən səylər yetərincə deyil. "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyir ki, bu istiqamətdə hərtərəfli işlərin görülməsinə ehtiyac var: "Məntiqlə əgər 1918-ci ilin 31 martında baş verənləri dünyada soyqırım kimi tanıtmış olsaydıq, təbii ki, baş verənləri müxtəlif ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar genosid aktı kimi tanımalı idilər. Əgər tanımayıblarsa, demək bu istiqamətdə görülən işlər istənilən səviyyədə deyil. Bu bir faktdır ki, 31 martda baş verən hadisələri dünya miqyasında yetərli səviyyədə tanıda bilməmişik. Ermənilər yox yerdən bir reallıq yaradıb, ciddi təhriflər edib, baş verənləri dünyanın 40-a yaxın ölkəsində "soyqırım" kimi tanıda biliblər. Halbuki heç bir genosid aktından söhbət gedə bilməz. Eyni zamanda ermənilərin təqdim etdikləri faktlarla, bizim genosid aktları faktları arasında yerlə göy qədər fərq var. Amma buna baxmayaraq biz lazım olan işləri görə bilməmişik. Bu istiqamətdə hərtərəfli iş getməlidir. Əgər bu gün Qubada kütləvi məzarlıqlarda aşkarlanan sümükləri qoruyub saxlamaq üçün xüsusi kimyəvi maddələrin alınması üçün 5-10 manat tapılmırsa, iş adamları bu məbləği ayırmaq üçün həvəs göstərmirsə, yaxın vaxtlarda soyqırımın dünyada tanıdılmasından danışmaq mənasızdır. Bu məsələdə hökumətlə yanaşı, iş adamları, biznesmenlər, qeyri-hökumət təşkilatları da ciddi səy göstərməlidir". Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da bildirir ki, 31 mart hadisələrinin soyqırım kimi tanıdılması istiqamətində hökumətin fəaliyyəti qaneedici deyil: "Doğrudur, bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq bu işlər kifayət deyil. 31 martda baş verənlərin nəinki dünyaya, hətta Azərbaycan ictimaiyyətinə tanıdılması ilə bağlı ciddi nöqsan və çatışmazlıqlar var. 31 martla bağlı xaricdə müəyyən tədbirlər keçirilsə də, ölkədə demək olar ki, heç bir iş görülmür. Əlbəttə 31 martda baş verənlərin dünyaya tanıdılması üçün ölkədən kənarda tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyəti var. Amma ölkə daxilində də işlərin görülməsi lazımdır və yaddan çıxarılmamalıdır. Çünki 31 mart soyqırımı hələ ictimai rəyə daxil olmayıb. Biz dəfələrlə mətbuatda, elə sizin qəzetdə də, soyqırım muzeyinin yaradılması təklifilə çıxış etmişik. Soyqırım muzeyi yaradılmalı ölkəyə gələn xarici qonaqlar buranı ziyarət etməlidir. Bununla bağlı Milli Məclisə təklif göndərmişik. Ancaq heç bir nəticə yoxdur. Onu da deyim ki, ölkə hakimiyyətilə yanaşı siyasi partiyalar, qeyri-hökumət təşkilatları da bu məsələyə həsas yanaşmalıdırlar. Təəssüf ki, 31 mart günü partiyaların, qeyri-hökumət təşkilatlarının böyük əksəriyyəti Şəhidlər Xiyabanını ziyarət etmir. Halbuki bu lazımdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar