SON XƏBƏRLƏR

Tramp “Məkkə paktı”nı alqışladı

2026.08.17, 09:16
Tramp “Məkkə paktı”nı alqışladı

Gunaz.tv

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan birgə müdafiə sazişini alqışlayaraq, bunu müdafiə əməkdaşlığının və regional təhlükəsizliyin gücləndirilməsi baxımından mühüm addım adlandırıb.

Tramp bildirib ki, bu saziş Yaxın Şərqin daha çox birləşdiyini və region ölkələrinin özlərini daha güclü şəkildə müdafiə etmək imkanlarının artdığını göstərir.

Məhəmməd bin Salman, Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərif tərəfindən Məkkədə imzalanan sazişə əsasən, üç ölkədən birinə qarşı hücum hər üç ölkəyə qarşı hücum kimi qəbul ediləcək.

Sazişdə hər hansı konkret ölkənin düşmən kimi müəyyən edilmədiyi, yalnız bir ölkənin onlara qarşı düşmənçilik xarakterli addım atacağı təqdirdə qarşı tərəf kimi qiymətləndiriləcəyi bildirilib.

Bu pakt hər üç ölkənin İranla quru və ya dəniz sərhədinə malik olduğu bir vaxtda imzalanıb. ABŞ-dan bəzi rəsmilər isə yeni müdafiə əməkdaşlığını İranın bölgədə daha da təcrid olunmasının göstəricisi kimi qiymətləndiriblər.

 

Gunaz.TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar